Sizin reklam burada
Sizin reklam burada
  • Yaddaşlarda yaşayan insan ruhun şad olsun


    16 Noyabr xalqımızın müdrik və nurlu ağsaqqalı, gözəl şairi, puplisist, nasir, nüfuzlu el adamı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qızıl qələm mükafatı laureatı olmuş Qənbər Şəmşiroğlunun doğum günüdür.
    Yaddaşlarda yaşayan insan ruhun şad olsun. Amin.

    İnsan ömrü bir ekrana bənzəyir,
    Bir anlıq görünüb səhnədən gedər.
    Sel gələndə çaylar çıxır məcradan,
    Arx suyu yenə də dəhnədən gedər.

    Xoşdu məclislərə aqil gəlməsi,
    Ləl- cəvahir, sumüzərdi kəlməsi.
    Zili, xalı, gəvə, kilim ilməsi,
    İydə düyçələnər, cəhrədən gedər.

    Qılıncı pas tutar igid yatanda,
    Bəhram Gür olamaz hər ox atan da.
    Halal kəs mayaya haram qatanda,
    Bərəkət çəkilib təhnədən gedər.

    Qənbər deyər sözlərini nə kəsə,
    Dostun ağılı ya kəsməyə, ya kəsə.
    Yüz il qalsa üz vermərəm nakəsə,
    Zəhləm beləsindən könnədən gedər.



    Aqil Məmmədov
    VI çağırış Milli Məclisin deputatı

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ