Sizin reklam burada
Sizin reklam burada
  • HƏYAT MƏNZƏRƏLƏRİ...


    HƏYAT MƏNZƏRƏLƏRİ...
    Vahid Əziz - 80

    Professor Vidadi Orucov təqdim edir:

    Düyməsi açıldı, yaxa söküldü;
    səmalar aləmi yağış elədi,
    indi dağ-dərənin hər yanı güldü
    təbiət baharlı alqış elədi.

    Yay olsun, qış olsun – Gün açar danı,
    ya “qovar”, ya geri çəkər dumanı,
    Haqda qüdrətə bax; hər yumurtanı
    yuvada oynadıb bir quş elədi;

    qurda – diş, xınanı verdi kəkliyə,
    nəğməli bülbülü atdı təkliyə,
    insanlar hər şeyi bilməsin deyə,
    uzun ömr edəni – bayquş elədi!

    Fildən güclü imiş əl boyda ürək,
    yaşatdı insanı - dərdlər çəkərək,
    a çiçək, neynəsin xallı kəpənək
    görkəmin məni də bihuş elədi!

    Hər kəsin umduğu bir xeyir xəbər,
    sevəni yaşadan xoş xatirələr,
    qələmə sarmanan dahi şairlər
    həyatı nə içdi, nə nuş elədi.

    Hayıf, gec anladım bu həqiqəti
    bir daha yaxına qoymaram qəti;
    mən ilac bilirdim saf məhəbbəti,
    dağ boyda ürəyi naxoş elədi.

    At aldım – belinə yəhər olmadı,
    yaxşı ki, kəndimiz şəhər olmadı,
    şükür, bütün ömrüm zəhər olmadı;
    arada bir azca meyxoş elədi.

    Gedən çox – çoxunun qalmadı izi;
    nə əməli yadda, nə də bənizi,
    həsrət, nəyimişsə, Vahid ӘZİZi
    özünə ömürlük yoldaş elədi...

    Vahid Əziz
    Xalq şairi
    06.02.2023

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ