Sizin reklam burada
Sizin reklam burada
  • QIŞDA AÇAN ÇIÇƏKLƏR


    Professor Vidadi Orucov Xalq şairi Vahid Əziz haqqında yazır

    QIŞDA AÇAN ÇIÇƏKLƏR

    Vahid Əziz - 80

    İçimdə oyadıb bahar fəsillərini,
    Çiçəklər açmışam qış aylarında.
    Qızlar itirəndə ümidlərini,
    Təsginlik gəzsinlər yazılarımda.
    Bəzi çiçəklərin taleyinə qışda açmaq düşüb.
    Deyirlər, bu çiçəklər ruh düşkünlüyünə düşənləri
    soyuqda, üşüyən qəlblərin yanında
    başqa bir aləmə-gözəlliyə çağırır –
    onlar ümidsizliyin içində doğulan ümiddirlər.
    Vahid Əziz də belə bir çiçəkdir –
    qışda açan, yəni insanların ruhən soyuduğu,
    qırıldığı məqamlarda yazan, danışan, qəlb qapılarını sevinclə açan bir şair.
    “Çiçəklər açmışam qış aylarında” misrası
    yalnız poetik bir obraz deyil,
    yaradıcılıq missiyasının şair dili ilə etirafıdır.
    Buradakı “qızlar” – həyatın müxtəlif dönəmlərində
    ümidini itirən, daxili təskinlik axtaran hər kəsin simvolu.
    Şairin sözləri, təkcə yazı deyil,
    dərdin üstünə çəkilən yüngül bir bahar yorğanı,çiçək baxışıyla
    sükuta sığınan bir nəfəsdir.
    Vahid Əziz yalnız hisslərini ifadə etmir,
    başqalarının hisslərinə cavab verir, könüllərini oxşayır.
    Onun qışda açan çiçəkləri – şeirləri,
    həm özünün içindən keçir, həm də oxucunun qəlbinə yol tapır.
    Bu bənd göstərir ki, həqiqi şair təkcə müşahidəçi deyil,
    o, şəfa verən ruhdur.
    Qışda çiçək açmaq –
    çətin anda insan olmaq, susanda danışmaq, dağılanda toparlanmaq deməkdir.
    Fildən güclü imiş əl boyda ürək –
    Vahid Əzizin qəlbi belə bir çiçəkdir.



    Vidadi Orucov
    Pedaqogika elmləri doktoru, professor

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ