Mətbuat Şurası bununla bağlı nekroloq yayıb.
Mətbuat Şurası mərhumun doğmalarına və əzizlərinə, sənət dostlarına dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, Hüseynov Bəbir Qüdrət oğlu 1932-ci ildə Ağdam rayonunda dünyaya gəlib. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunu olmuş Bəbir Hüseynov 1979-cu ildən “Ağdam” qəzetinin redaktoru kimi çalışıb.
Allah rəhmət eləsin!
