Tədbirə qatılan şəhid anaları, yaxınları çıxışlar etdilər. Müəllif özü də geniş çıxış edərək yazdığı çoxsaylı əsərlərin ərsəyə gəlməsindən, şəhidlərimizin xatirələrindən danışdı. Yeni layihələr üzərində çalışdığını vurğulayıb bildirdi ki, növbəti kitab Zərdab şəhidlərinə həsr ediləcək, bu fəaliyyətində MCP Zərdab şöbəsinin sədri Sirvani Hümmətoğlunun dəstəyi, təqdimatı sayəsində işləri davam etdirirlər...
Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Tural İrfan da çıxış edərək MCP başqanı, millət vəkili cənab Razi Nurullayevin salamlarını çatdırdı. Onun şəhidlərə, şəhid ailələrinə xüsusi diqqətindən, dəstəyindən bəhs etdi. Tədbirdə tanınmış şair Gülamail Murad, MCP funksionerlərindən Almaz Məmmədova, Sədagət Aliyeva, Firuzə Həsənli və digər media nümayəndələri, ictimai fəallar iştirak etdilər.
MCP - nın başqan müavini Tural İrfan müqəddəs Ramazan bayramı ərəfəsində olduğumuz üçün dinimizdə şəhidlik zirvəsinin uca məqamından danışaraq şəhid analarının qürurlu, mətin, nikbin olmasının vacibliyini, övladlarının Allah yanında seçilmiş bəndələr olduğunu vurğulayıb onların adlarının tarixə həkk olunduğunu qeyd etdi, bayram təbriklərini çatdırdı.
Qeyd edək ki, Esmira Günəşin ölkəmizin müxtəlif bölgələrindən olan şəhidlərimiz haqqında məlumatları cəmləyib, həsr etmiş olduğu şeirlərlə, publisistik yazıları ilə Vətən Şəhidlərimizə həsr etdiyi kitabların sayı artıq 20-ə çatıb.
Allah bütün şəhidlərimizə bir daha rəhmət, axirət məqamlarını uca etsin. Esmira Günəş xanıma da bu müqəddəs missiyada uğurlu yollar arzu edirik.
Tural İrfan
İlahiyyatçı alim
