Sizin reklam burada
Sizin reklam burada
  • Musa Ələkbərli – Bu gün necə gedim yasına

    Musa Ələkbərli – Bu gün necə gedim yasına
    Gecəni gündüzə qatıb işlədin,
    Kiminsə dadına çatıb işlədin,
    Bir quş çimiriylə yatıb işlədin,
    Yetdin arzuların hansına, Ramiz?!

    Sənə üz tutana sən inanırdın,
    Bilən yoxdu hansı dərdə yanırdın,
    Özünü hamıdan güclü sanırdın,
    Dostlar yığışanda başına, Ramiz!

    Dostlarla doğmaydın həddən ziyadə,
    Həmişə mehriban, qayğıkeş sadə,
    Bəs niyə əlindən tez düşdü badə,
    Kim soyuq su qatdı aşına, Ramiz?!

    Qoruyub o uca insani hissi,
    Heç zaman seçmədin yaxşını-pisi,
    Ən böyük sınaqdır indi məclsin,
    Oyan, dostlarını gəl sına, Ramiz!

    Sən idin ağrını, acını yenən,
    Qoşmayla dillənən, cinasla dinən,
    Bizim toyumuza gəlmişdin dünən,
    Bu gün necə gedim yasına, Ramiz!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ