Sizin reklam burada
Sizin reklam burada
  • Şairə Esmira Günəş AYB-yə üzv qəbul olundu

    Gənc şairlərdən yaradıcı fəaliyyəti ilə hər kəsə örnək olan şairə Esmira Günəş Azərbaycan Yazıçılar Birliyinə qəbul olunub. Daha çox şəhid ailələrinin yanında olan, şəhidlərimizin tanıdılması üçün çalışan şairə "Azərbaycan qızıyam"( 2018), "Sevgi sarayı"(2018),"Sarı köynək" (2018- yarımüəllif), "Qadın güldür, bacarsan güldür"( 2019), "Qəlbimizin zirvəsində yaşayan qəhrəman" (2021), "Oğul düşmən çəpəridir!" (2021), "Zirvəyə ucalanlar"(2021), üç cildlik "Unutmadıq şəhidim!", "Cənnətin sakinləri"(2021), "Mingəçevir Mələkləri" (2021) "Səmaya məktublar" (2022) və "Cənnətdən gələn hədiyyə" (2022), "Qürur yerimiz" (2022), "Xarıbülbüllər"(2022), "44 günün Sumqayıt qəhrəmanları"(2023),"Qəlbimizdə yaşayanlar"(2023), "Qanı ilə tarix yazan Qazax qəhrəmanları" (2023) və İranda çap olunan "Torpağın aşiqləri", "Günəş qadın" kitablarının müəllifidir.
    "Günəşin Nuru" 1-2-3-4, "Sevgi damlası" və "Zəfər qoxusu" antologiya layihələrinin təsisçisidir. Şeirləri "Turana açılan könüllər", "Əsrlərə körpü", "Qarabağın ilk qalib generalı", "Şair Əsgər", Xan qızı Natəvan ədəbi məclisinin "Şəhidlərə şahid misraları", İranda "Xarıbülbüllər" Türkiyədə " Korona tufan 2020", "Şiir Yağmuru" antologiyalarında, "Ana şeirləri" almanaxında, eləcə də romanından bir parça "Zərif kölgələr" antologiyasında, "Qələbə şəhidləri" kitablarında dərc olunub. Bundan əlavə "Xəzan", "Ulduz", "Azad qələm","Uğur yolu, Tv", "Telli Sənəm" jurnallarında da şeirlərinə daimi yer verilir. Müəllifin həm də uşaq ədəbiyyatından yazıları olduğu üçün "Göyərçin" jurnalında də çap olunub. Həmçinin şeirləri və məqalələri Azərbaycanda "Qərb informasiyası", "Oxu məni", "Haqqın sədası", "Azad qələm" "Kredo", "Vətənpərvərlər", "Atribut", "Sözün gücü", "525-ci qəzet", "Novosti Ganja", "Müəllim sözü", "Yeni Təfəkkür", "Bütöv Azərbaycan", "Nöqtə", "Həkəri","Gündoğar" qəzetlərində, Türkiyədə "Önce Vatan", "Yeni çağrı", "Sungurlu" qəzetlərində, "Maki", "Mevsimler", "Güfte edebiyyat", "Hecetaşları" dərgilərində, İranda "Ədəbi körpü" dərgisində, "Mehdi bamdad", "Sancaq "qəzetlərində dərc olunub. "Xan qızı Natəvan" ədəbi məclisinin üzvü, "Günəşin Nuru" ədəbi məclisinin təsisçisi, "Nöqtə" qəzetinin şöbə müdiri, Türkmən Ədəbiyyatçı və Yazarlar Birliyinin üzvü, Türkiyədə "Yedi Bölge Şair Ozan ve Yazarlar Kültür Derneği" nin Azərbaycan təmsilcisidir. MCP-nin üzvüdür. Bir çox ədəbi müsabiqələrin qalibi və Fəxri mükafatların sahibidir.
    Şairə xanımı AYB-yə üzv olması münasibətilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

    Bəradər Səməndərli
    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ