Sizin reklam burada
Sizin reklam burada
  • Bizim müsahibə

    "Tomtomi" uşaqlara həm insanları, həm də heyvanları sevməyi öyrədir
    -Zinyət xanım, son zamanlar sizin müəllifi olduğunuz və ədəbi ictimaiyyətdə yetərincə reytinq qazanan "Tomtomi" kitabınız haqda biz də məlumatlıyıq. Oxuyucular ücün də maraqlı olsun deyə, özünüz haqda məlumat verərdiz.
    -Məmuniyyətlə. Nəzərinizə çatdırım ki, mən - Zinyət Samir, 1994-cü ildə Bakı şəhərində anadan olmuşam. Pedagojı təhsilim var. Artig 8 ildi ibtidai sinif müəllimiyəm. Usaq yaşlarımdan həm şeir, həm də proza yazıram. Bu illər ərzində şeirlərim bir neçə almanaxlarda dərc olunub. Həmçinin bir neçə mahnının söz yazarı və iki kitabın müəlifiyəm.
    -İstərdim, kitablarınız haqda məlumat verəsiz.
    -Birinci kitabim "Вдоль Фиджи " adlı povestdı, 2020-ci ildə işıq üzü görüb.
    İkinci kitabim isə "Tomtomi" adlanır, 2023-cü ildə təqdim olunub.
    Bu kitab Azərbaycanı dünyada tanıdan xalq rəssami Əşrəf Heybətova və mənim şagirtlərimə həsr olunub. Kitabın üz gabığında Əşrəf bəyin illustrasiyası əks olunur. O, bu ideanı ilk kitabımı oxuyub öz sərgisinə dəvət edərkən mənə verib. Əşrəf bəy mənim yazılarımı yüksək dəyərləndirdiyini və yazıçılıq sənətinə yenilik gətirdiyimi hər zaman söyləyir.
    -"Tomtomi" kitabı nədən bəhs edir və əsas ideyası nədir?
    - Kitab bizi yeni personajlarla tanış edir. Onlardan biri Əşrəf bəyin prototipi olan rəssam Azad və onun sevimli pişiyi Tomtomidir. Azad məktəbə rəsm masterklassi keçməyə gəlir. O, uşaqlara həm rəsm həm həyat dərsləri keçir. Kitabın yazılmağında mənım şagırdlərimin də ideyaları var. Məqsədim uşaqların düzgün tərbiyə olunmasında olan vacib məgamlara toxunmaqdır. Çünki, bu gün uşagların baxdıgı bəzi cizqi filimləri və oyunlardakı personajlar onlara psixoloji neqativ təsir edir. Amma bir gənc yazıçı və müəllim oldugum üçün buna bigənə gala bilmərəm və əlimdən gələni edirəm ki, uşaqlar həm vətənpərvər ruhda yetişsin, həm də gələcəkdə ölkəmizə, dünyaya xeyirli insan kimi formalaşsınlar. Mənim kitabim uşaqlara həm heyvanları, həm də insanları sevməyi öyrədir. Təkcə uşaqlar yox, böyüklərin də oxumagını tövsiyə edirəm.
    -Kitabın təqdimatı olubmu?
    -Bəli, kitabin birinci təqdimatı Gənclər kitabxanasında olub. Orada Əşrəf bəy özü və kitabxanın rəhbəri Aslan bəy də iştrak edib. Daha sonra işlədiyim məktəbdə administrasiya tərəfindən uşaqlar və valideyinlər uçün təqdimat keçilib. Bu, bizim məktəbin "Qarabag" müzeyində baş tutub. Aprel ayında isə musiqili-poeziyali təqdimat keçirtdim. Həmin təqdimatda həm şeirlərim səslənib, həm də sözlərimə yazılan mahnılar oxunub və kitabım haqda geniş
    məlumat oxuyucularıma təqdim olunub. Bir çox sənət insanları da onaq olublar.
    -Kitabınızı hardan əldə etmək olar?
    -"Libraff" mağazalar şəbəkəsində satışdadır.
    -Sirr deyilsə, növbəti planlarınız barədə danışardız.
    -Allahın izni ilə yeni ideyalarım çoxdu, həyata keçirdikcə məlumat verəcəm.
    - Sizə yaradıcılıq yolunuzda bol-bol ugurlar arzulayır, müsahibə üçün təşəkkür edirəm.
    -Diqqətiniz ücün sağ olun!

    Müsahibəni hazırladı:
    Dilarə Zeynalova
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ