Sizin reklam burada
Sizin reklam burada
  • Sumqayıt şəhər 37 saylı məktəbdə şairə Esmira Günəşin kitablarının təqdimatı olub

    Mayın 2-si Sumqayıt şəhər 37 saylı məktəbdə şairə Esmira Günəşin şəhidlərə həsr etdiyi kitablarının təqdimatı olub.
    "Atributinfo.az" xəbər verir ki, 37 saylı məktəb şairənin bir çox kitabında yer alan şəhid Ruslan Məmmədovun təhsil aldığı məktəbdir. Tədbir də elə məhz Ruslan Məmmədovun adını daşıyan sinif otağında baş tutub. Tədbirdə şəhidin anası Rəna xanım, qazi qardaşı Səyavuş Məmmədov, müğənni Ruslan Əkbərov, şairə Esmira Günəş, məktəbin direktoru Elşad müəllim, Billurə müəllimə və məktəbin digər müəllimləri, həmçinin şagirdlər və valideynlər də iştirak edirdilər. Tədbir boyu şairə Esmira Günəşin şəhid Ruslan Məmmədovun xatirəsinə həsr etdiyi şeirlər və esselər səsləndirilib. Tədbirdə qonaq olan müğənni Ruslan Əkbərov da şairənin sözlərinə bəstələnmiş musiqini səsləndirərək qonaqları kövrəldib. Sonda şairə Esmira Günəş çıxış edərək tədbirin keçirilməsində əziyyəti olan hər kəsə təşəkkür edib və imzalı kitabını həm şəhidin anasına, həm də Billurə müəlliməyə təqdim edib. Məktəbin direktoru Elşad müəllim də öz növbəsində şəhid Ruslan Məmmədova dərs keçdiyini deyərək, xatirələrindən danışıb. Daha sonra şairəyə yaradıcılıq uğurları arzulayaraq, zəhmətlərinin böyük olduğunu vurğulayıb. Şəhid ailəsinə səbr diləyərək hər zaman yanlarında olduqlarını tədbir xatirə şəkilləri ilə yekunlaşdırılıb.

    Bəradər Səməndərli,
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ