Goranbay rayonu Düzqışlaq kənd tam orta məktəbin müəllimi
1923-cü il 10 may Azərbaycanda bir günəş doğdu. Elə bir günəş ki, şüaları Azərbaycan xalqını min illər isidəcək. Gözümüzə nur, yolumuza işıq salacaq. Hər bir Azərbaycanlı üçün o böyük şəxsiyyət qürur yeridir. Ona görə ki, öz xalqına misilsiz xidmətləri ilə əlçatmaz bir zirvədə durur. Ulu öndər nəinki Azərbaycan xalqına hətta böyük sovetlər ölkəsinə heç kimin görə bilmədiyi işləri gördü. Bu onun dərin zəka sahibi və işıqlı bir şəxsiyyət olmasına parlaq nümunədir. Ulu öndər demişdir mən fəxr edirəm ki, Azərbaycanlıyam. Mən də bu gün fəxrlə deyirəm ki, biz ulu öndərin varisləriyik. Bir müellim kimi ulu öndərin ideyalarını əlimdə rəhbər tutaraq öz şagirdlərimi bu ruhla, bu amalla tərbiyə edirəm
ULU ÖNDƏRƏ
Nurlu günəş kimi parladın, çıxdın.
Ağlının gözü ilə cahana baxdın.
Azərbaycanımı çox -çox ucaltdın.
Ey xalqımın Heydər oğlu, ey xalqımın haqq səsi
Ey xalqımın yenilməyən, böyük, məğrur qüvvəsi.
Vətənimin dar günündə Allah səni yetirdi.
Düşmənlərin qarşısında qala kimi bitirdi.
Öz kəsərli ağlın ilə xalqına sahib çıxdın
Qaranlıqdan, dumanlıqdan, ölümün
pəncəsindən bir parlaq gələcəyə öz xalqını çıxartdın.
Min illər söylənəçək sənin yenilməzliyin,
sənin o nurlu zəkan, sənin ağlın mərdliyin!
Dünya səviyyəsində çox hörmətli alimsən.
Sən işıqlı gələçək, yenilməz sərkərdəsən.
Bütün dünya söyləyir, o işıqlı zəkanı.
Biz də sizdən öyrəndik böyük ədəb, ərkanı.
Hara getdin nur kimi işıq saçdı kamalın.
Dünyaya sülh deyərək şüar oldun amalın.
Millətinin qədrini bilən hər kəs var olsun,
Ulu Öndərimizin ruhu daima şad olsun.
Hər bir evdə oxunur onun ruhuna dua,
Bizim Azərbaycanda xoşbəxdir hər ev, yuva
2005-ci il, 10May
ULU ÖNDƏRƏ
Tarix səni sən Tarixi yaratdın
Ey xalqımın sərkərdəsi, ey xalqımın haqq səsi.
Ey xalqımın şux qamətli, mərd, ürəkli alimi.
Çətinliklər arxadadır uğurlu yola çatdın.
Tarix səni, sən tarixi yaratdın.
Sən xalqımın çox tanınmış, fəxr etməli oğlusan,
Dünya bilir Heydər adlı bir yenilməz qalasan.
Şükür Allaha ölkəmizi sən dünyaya tanıtdın
Tarix səni, sən tarixi yaratdın,
Necə deyim nə söyləyim çəkdiyin əziyyətdən
xalqın üçün, millətin üçün qurduğun bu dövlətdən
Azadlığın, vüqar dağım, əvəzsiz təm-tərağım,
Öndə getdin addım-addım uğura imza atdın,
Tarix səni, sən tarixi yaratdın !
Moskva 2001ci il
