Həyatda itkilərimiz çox olur, ancaq ölüm qədər insanı ağrıdan itki olmur. Axı, ölüm əbədi ayrılıqdır, bir daha bir-birini görməycəksən. Təəssüflə qeyd etmək istəyirəm.ki, Turaz.tv saytının baş redaktoru, dəyərli qələm dostum Cəmil Dadaşova belə bir itki nəsib oldu. 32 yaşlı bacısı qızı gözlərini dünyaya əbədi yumaraq əbədiyyətə qovuşdu.
Cəmil müəllim, sizə Allahdan səbr diləyir, dostlar adından dərdinizə şərik olur, gənc bacınız qızının vaxtsız vəfatı ilə əlaqədar sizə və ailə üzvlərinizə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
"Atributino.az"-ın baş redaktoru Bəradər Səməndərli
