Nəhayət 30 ildən sonra Azərbaycan yenidən bir Günəş tək parladı, yurdumuzun dilbər guşəsi olan Qarabağ torpaqlarında təcavüzkarcasına sürünən erməni-mifin dumanlarını yox etdi. Elimiz-obamız bir oldu! Xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuzla sarsılmaz birlik nümayiş etdirdi. Və nəticədə Ermənistan silahlı birləşmələri darmadağın edilərək torpaqlarımız işğaldan azad olundu. Bu Qələbə Azərbaycan tarixinin ən parlaq səhifəsi olaraq əsrlər boyu yaşayacaqdır.
Əlbəttdə, zəfərə aparan yol igid oğullarımızın Vətən eşqi ilə döyünən ürəklərindən başlanır. Bu müqəddəs yolun sonunda el-obanı xoşbəxt və firavan həyat gözlədiyini o oğullar çox yaxşı dərk edirlər.Uzağa getməyək, elə haqqında bəhs edəcəyim DİN-i Daxili Qoşunlarının XTD-n çavuşu, 2-ci Qarabağ Müharibəsi qazisi Abbasov Elvin Mədəd oğlunun qənc və şərəfli ömür səlnaməsinə nəzər yetirmək kifayətdir.
O Elvin ki, babaları Meyxoş və Maşallah hələ 1941-1945-ci illərdə tarixə “Böyük Vətən Müharibəsi” kimi düşmüş 2-ci Dünya savaşında bəşəriyyətin başı üzərini almış Alman faşiziminə qarşı rəşadətlə vuruşmuş, əsl igidlik və Vətənpərvərlik nümayiş etdirərək şanlı Qələbə sevincini böyük sovet xalqına yaşadanlardan olmuşlar!
O Elvin ki, atası Mədəd 1-ci Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda təpədən-dırnağacan silahlanmış erməni işğalçılarına qarşı əliyalın, cəsarətlə mübarizəyə qalxmışdı!
O Elvin ki, böyük qardaşı Elçin 44 günlük Vətən Müharibəsində erməni silahlı qüvvələrinə qarşı igidliklə vuruşub Şuşayadək döyüş yolu keçmiş və düşmənə məxsus olan 11 ədəd hərbi texnikanı qənimət kimi gətirmişdi!
Və O Elvin ki, müddətdən artıq hərbi qulluqda olmaqla sinəsini Vətənə sipər etmişdi. Ermənistanın son hərbi təxribatlarına qarşı 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusunun başladığı əks-hücum əməliyyatında ilk gündən öz qurupu ilə birlikdə döyüşə qatılmışdır!
Bəli, o Elvin ki, təmsil etdiyi Abbasovlar ailəsi artıq bölgədə əsl vətənpərvər bir ailə kimi tanınmışdır. Bu ailədə babadan-nəvəyə igid, qorxmaz və cəsur oğullar yetişmiş və başqalarına nümunə olmuşlar.
Ailənin başçısı Mədəd Abbasov atasından-babasından görüb-götürdüyü təlim-tərbiyəni, torpağa, zəhmətə bağlılığı, doğma yurda, Vətənə bəslənən dərin məhəbbət ruhunu öz övladları Elçinə, Elvinə və Elnura da aşılamış, onları qorxmaz, cəsur və ölkəmizə layiqli vətəndaş kimi böyütmüşdür. Digər tərəfdən, ədalət və halal zəhmət bu ailənin həyat qayəsidir.
Sizə şərəfli həyat və döyüş hekayətini danışdığım Elvin Mədədin ortancıl oğludur. O, 1993-cü ilin fevral ayının 17-də Saatlı rayonun Varxankənd kəndində dünyaya göz açıb. Həmin günlərdə atası Mədəd daha da azğınlaşmış işğalçı erməni yaraqlılarına qarşı vuruşurdu. Xalqımız Xocalı faciəsinın 1-ci ildönümünü dərin hüzn içərisində yaşayırdı. Elvin isə yenicə gəldiyi bu dünyanın hələ nə qalma-qalından, nə də müharibənin nə olduğundan xəbərdar idi. Sadəcə o, narahat dünyamızın qayğısından uzaq isti ana qucağında nəvazişlə uyuyurdu. Necə deyərlər, gəldiyi nabələnd dünyanın gecəsinə-gündüzünə uyğunlaşırdı. Nə bilmək olar, bəlkə də həmin günlərdə xalqımızın Xocalı faciəsi ilə bağlı keçirdiyi ağır iztirablardan doğan intiqam hissi onun da körpə qəlbinə sirayət etmişdi və bu intiqam hissi onun özü ilə birlikdə böyüyürdü. Kim bilir?!
Və beləcə, aylar-illər ötdükcə, Elvin də ağı-qaradan, yaxşını yamandan ayırd edə-edə böyüyürdü. Nəhayət o, Ələddin Şüküroğlu adına Varxankənd tam orta məktəbində ilk təhsilini alır. Sonra təhsilni Saatlı Peşə Liseyində davam etdirib 2-ci dərəcəli maşınçı-mexanik peşəsinə yiyələnir. Amma onun ürəyində başqa bir arzu tumurcuqlamışdır: Hərbiçi olmaq!
Əlbəttdə, Elvin uşaq çağlarından hərbi sənətə böyük maraq göstərirdi. Ən böyük arzusu torpaqlarımızı işğaldan azad görmək olub. İstər orta məktəb illərində, istərsə də Peşə liseyində oxuduğu dövürdə torpaqlarımızın işğal altında olması ilə barışa bilmirdi. Müəllimlərindən eşitdiyi, oxuduğu ədəbiyyatlardan mənimsədiyi və atası Mədədin söylədiyi yaralı xatirələrdən artıq bilirdi ki, erməni faşistləri xalqımızın başına olmazın acı müsübətlər gətirmişdir. Bütün bu bilgilər gənc Elvinin ürəyində dərin iş buraxmış, düşmənə olan nifrət hissini daha da alovlandırmışdı. Ələlxüsus, Xocalı faciəsinin dəhşətli ağrıları bu gəncin qəlbindəki qisas hissini şiddətləndirirdi. Artıq dərk edirdi ki, ermənilərin bu vəhşilikləri, xalqımıza qarşı ədalətsizlikdir. Beynəlxalq təşkilatların, dünya ictimayyətinin ermənilərin bu ədalətsizliyinə susması və göz yumması Elvini daha da hiddətləndirirdi. Bu ədalətsizlik çox davam edə bilməz deyə düşünürdü. Və hərdən dünyada baş vermiş müharibələrin səbəbini və nəticəsini öz-özlüyündə təhlul edib aydınlaşdırmaq istəyirdi. Belə qənaətə gəlirdi ki, xaincəsinə ədalətsiz başlanan müharibələr həmişə acı məğlubiyyətlə nəticələnib, Necə ki, 2-ci Dünya müharibəsində bizim də ümumi Vətənimiz sayılan SSRİ-ə Hitler Almaniyasinin faşist ordusu xaincəsinə hücum edib ədalətsiz müharibəyə başlamış, sonda məğlub olmuşdu. Bu müharibədə minlərlə azərbaycanlı oğul və qızlar da əsl igidliklə sücaət göstərmiş, böyük vətənpərvərlik nümaiş etdirərək faşizmə qalib gəlmişlər. Bu tarixi faktlar, tarixi faktı danmaq olmaz!
Bəli, xəyanətkarlığın, haqsızlığın və ədalətsizliyin sonu əlbəttdə, acı məğlubiyyətdir. Məhz bu baxımdan, Elvin müqayisə edərək belə qənaətə gəlirdi ki, Ermənistan da Hitler Almaniyası kimi Azərbaycana qarşı haqsız iddialarla, xaincəsinə və ədaiətsiz müharibəyə başladığından aqibəti məhz məğlubiyyət olacaqdır. Xalqımızın heysiyyatı ilə oynayan, torpaqlarımızın 20 faizini işğal altında saxlayan,dinc əhalimizi görünməz, misli-bərabəri olmayan işgəncələrə, əzab-əziyyətə məruz qoyan, onları isti yurq-yuvasından didərgin salan Ermənistan faşist ordusu, bu azmış kimi, yeni-yeni ərazilər ələ keçirmək iştahasına düşmüş hərbi təxribatlar törətməkdə davam edirdi. Sözün həqiqi mənasında atəşkəsdən sonra ölkəmizi elan olunmamış müharibəyə cəlb etməyə cəhd göstərilirdi.Amma necə deyərlər, “sən saydığını say, gör fələk nə sayır.” Və bir də yaxşı deyiblər: “cücəni payızda sayarlar”.
Elvin artıq dünyanın gedişatından baş çıxarırdı. Ağı qaradan, yaxşını yamandan ayırd edə bilirdi. Əsgərlik yaşı çatmışdı. Vətənə xidmət etməyə tələsirdi. “Əsgərlik kişilik, mərdlik məktəbidir” deyən babaları Meyxoş və Maşallahın o zaman faşist ordusuna qarşı necə döyüşdüklərini göz önünə gətirmək istəyirdi. Amma baxdığı kino-filimlərin baş qəhrəmanlarından başqa gözü önündə heç kim canlanmırdı. Axı o, müharibə görməmişdi, müharibədə sücaət göstərmiş qəhrəmanlar haqqında ya kitablardan oxumuş, ya da onları kino-filimlərdə görmüşdü. Və bu baxımdan, bilirdi ki, müharibə bəşəriyyətə fəlakətdən başqa heç nə vermir amma vətəni yadellilərdən qorumaq, onun keşiyində dayanmaqdan şərəfli başqa bir iş də ola bilməz. Məhz buna görə də Elvin hərbiçi olmaq arzusunda idi. Bu arzusuna o, 2012-ci ilin aprel ayının 28-də həqiqi hərbi xidmətə çağrılanda qovuşdu. Sevinirdi ki, nəhayət, torpaqlarımızın mənfur erməni tapdağından azad olunmasında iştirak etmək şansı vardır.
Elvin əsgərlik xidmətinə Lənkərandakı DİN-i Daxili Qoşunlarının XTD-də başlayır. Xidmətə başladığı ilk gündən özünü cəsarətli, qorxmaz bir əsgər kimi tanıtmağa müvəffəq olur. Vətənə sədaqət andı içir və ilk gündən andına sadiq qalır. Özünü nümunəvi, nizam-intizamlı aparmaqla əməliyyat tapşırıqlarını layiqincə yerinə yetirir. Çevikliyi, bacarığı ilə yoldaşlarına nümunə olur. Əsgər yoldaşları və komandir heyəti onu, tez bir zamanda mehriban, səmimi bir oğlan olduğunu başa düşür və hörmət bəsləyirlər. DİN DQ-n şəxsi heyəti arasında keçirilən çoxnövçülük idman yarışlarında tez-tez iştirak edən Elvin ağır atiletika və əlbəyaxa döyüşlərdə yüksək nəticələr əldə edərək 2-ci dərəcəli idman ustası adını qazanır. Idman yarışlarında qazandığı qələbələrə görə ayrı-ayrı vaxtlarda 4 medalla təltif olunub. Nümunəvi və bacaraqlı əsgər olduğundan ona hərbi hissənin rəhbərliyi tərəfindən çavuş rütbəsi verilir. Əlbəttə, əslində bu təsadüfi deyildir. Çünki Elvin hərbi sənətə və idmana uşaqlıqdan olan böyük marağını izhar edirdi. Və bu şansı qazandığına görə özünü çox xoşbəxt sayırdı. Odur ki, o həqiqi hərbi xidməti başa vurduqdan sonra qalıb müddətdən artıq xidmət etmək qərarına gəlir və belə də edir. Onun bu qəraraı valideyinlərinin də ürəyincə olur. Çünkü Elvinin həyat amalı el-obaya hörmət gətirmiş. Onun adını dillər əzbəri etmişdi. Atalardan qalma misal var, deyərılər, igidin adını eşit, üzünü görmə. Mən də eləcə, Elvinin adını eşidmişdim, amma üzünü görməmişdim. Lakin Allah qismət elədi, mən bir gün onun özünü də gördüm. Üzünü də. Maşallah olsun! Qarşımda baxışlarından qürur və məğrurluq yağan ucaboy, enlikürək, pəhləvan cüssəli bir gənc dayanmışdı bu, Elvin idi!. Məhz həyat heykayəsini Sizə nəql etdiyim DİN DQ-n çavuşu 44 günlük Vətən müharibəsi qazisi, cəsur ürəkli Abbasov Elvin Mədəd oğludur.
Bir-neçə günlüyə valideyinlərinə baş çəkmək üçün kəndə gələn Elvinlə rayon mərkəzində görüşmək mənə də nəsib oldu. Elə ilk baxışdan məndə xoş təəssurat və qürur hissi oyatdı. Əsgərlik və döyüş xidmətləri barədə ondan soruşdum. Bildirdi ki, hərbi sənətə uşaqlıqdan marağım olduğundan əsgərlikdə heç bir çətinliyim olmayıb. Həmişə döyüş təlimlərində, idman yarışlarında, məşğələlərdə fəallıq göstərmişəm. DİN DQ-ı XTD-nın şəxsi heyəti arasında keçrilən çoxnövçülük üzrə idman yarışlarında yüksək nəticələr əldə etmişəm, medallar qazanmışam, 2-ci dərəcəli idman ustası adına layıq görülmüşəm-dedi. Müharibə başlanan günədək DİN DQ XTD-in tərkibində Cənub və cəbhə bölgələrində silahlı cinayətkarların axtarışı ilə əlaqədar əməliyyatlarda iştirak etmişəm. Eyni zamanda, COVİD-19 la bağlı post-patrul xidməti aparmışam. 2018-ci ildə ABŞ-n Milli səfirliyinin Göy-göl Təlim Mərkəzində Azərbaycan ərazilərinin hümanitar minaaxtaran kursunu bitirmişəm. Xidmətlərim hərbi hissə rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılıb, “çavuş” rütbəsi verilib, “Diplom” və “Fəxri fərman”larla təltif edilmişəm. Amma məni və əsgər yoldaşlarımı daha çox torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanmız İlham Əliyev tərəfindən veriləcək əmr daha çox düşündürürdü və biz, bu əmri səbirsizliklə gözləyirdik deyə, fəhimlə söhbətini davam etdirdi. Nəhayət, 27 sentiyabr 2020-ci il tarixdə məhz bu əmri aldıq-dedi. Əks-hücüm əməliyyatı başlanan ilk gündən XTD tərkibində 14 nəfərlik heyətlə birlikdə Lənkərandan döyüş zonasına yollandıq. Füzuli, Cəbrayıl, Şuşa istiqamətində ilk döyüş əməliyyatlarına başladıq. Döyüşə coşğun ruh yüksəkliyi ilə girişmişdik. Heç nədən qorxumuz yox idi, ölümün gözünə dik baxırdıq. Ali Baş Komandanımızı, xalqımızı hər an yanımızda hiss edirdik.Və bilirdik ki, biz haqq-ədalət uğrunda, Vətən naminə vuruşuruq. Məqsədimiz bir idi: torpaqlarımızı işğaldan azad etmək, şəhidlərimizin qisasını almaq və düşməni yerində oturtmaq. Bu amalla döyüşə qatılmışdıq deyə, rəhbərlik etdiyim 4 nəfərlik qrupumla birgə irəlidə gedir, düşmənin strateji əhəmiyyət kəsb edən, postlarını ələ keçirir, cəsarətlə irəlləyirdik. İlk gündən düşmənin 5 postunu ələ keçirmiş, mövqeylərimizi möhkəmləndirərək irəliyə döğru hərəkət etmişdik. Dəfələrlə puskuya, mühasirəyə düşüb salamat çıxmışıq. Amma oktyabrın 17-də Füzulidə apardığımız döyüş əməliyyatı çox ağır oldu. Səndemə, düşmən erməni qəbiristanlığı deyilən yerdən əməliyyatın arxasını bağlayıbmış. Özümüzü itirmədik, bir-birimizə dəstək olaraq, cəsarətlə, mərdi-mərdanə döyüşə atıldıq. Düşmən bizi avtomat silahlardan şiddətli atəşə tutmuşdu. Dəstəmizin əsgərləri bizə köməyə gəldilər. Düşməni sıxışdırdiq, amma məsafə yaxın olduğundan əlbəyaxa döyüşə girişdik-dedi. İnanın, əsgər yoldaşlarımın əlbəyaxa döyüşlərini sözlə ifadə edə bilmirəm. Qorxub-çəkinmədən vuruşurduq.
Elvini başa düşmək çox da çətin deyil. O, əsgər yoldaşları barədə söhbət edəndə onun bir fəxarət hissi keçirdiyi gözlərindən oxunurdu. Buna baxmayaraq , həm də kövrəldi. Gözlərindəki nəmi gizlətməyə çalışdı. Bu, mənim gözlərimdən yayınmadı. Sonra sözünə davam etdi, bildirdi ki, həmən döyüşdə əslən Saatlının Müstafabəyli kəndindən olan DİN DQ-i XTD zabiti Məmmədov Anar Zahəddin oğlu qəhrəmancasına həlak oldu, şəhadətə qovuşdu. Mən Betondağda yaralandım. Qrupumuzun feldşeri Aydın Rzayev yaralarımı sarıyıb qanaxmanın qarşısını aldı, döyüş davam edirdi. –siz çıxın mən düşmənin qarşısını alacağam, dedim. Amma əsgər yoldaşlarım məni atıb getmədilər. Oktyabrın 17-dən 18-nə kimi yaralı-yaralı döyüşdüm. Erməniləri məhv etdik. Məni Cəbrayılda tibb məntəqəsinə gətirdilər, oradan isə Bala Bəhmənlidəki Diaqnostika Mərkəzinə gətirib ilkin cərrahı əməliyyat etdilər. Daha sonra isə, Şirvan və Sabirabad mərkəzi xəstəxanalarında, DİN DQ-nın Hərbi Hospitalında müalicə almışam. 2021-ci ilin may ayının 18-də şəhadətləndirilərək evə buraxılmışam. Hal-hazırda Əlillərin Peşə və Reablitasiyası Mərkəzində Kompüter peşəsi hümantar ixtisası üzrə təhsilimi davam etdirirəm-deyə söhbətini bitirdi.
Bəli, sinəsini “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları bəzəyən, Vətən qarşısında öz borcunu ləyaqətlə, şərəflə yerinə yetirən qəhrəmanımız Şanlı Zəfər müjdəsini Şirvan şəhər mərkəzi xəstəxanasında müalicə alarkən eşidir. Əyninə geyindiyi hərbi geyimlə fəxr edən Elvin Abbasov müalicə aldığı tibb müəsisələrinin həkimlərindən, “Yaşat” fondundan və Saatlı rayon İcra Hakimiyyəti tərəfindən ona göstərilən diqqət və qayğıya görə də minnətdar olduğunu bildirdi.Və ən böyük arzum torpaqlarımızı azad görmək idi, bu arzuya da şkürlər olsun ki, qovuşdum. Bu Qələbəyə böyük inamımız var idi-dedi. Çünkü “ Gürzə” adı ilə döyüşə atılan XTD düşməni həmişə vahiməyə salırdı.
Söhbət əsnasında məlum oldu ki, Elvinin 2021-ci ilin avqust ayının 30-da Əli adında bir oğul övladı dünyaya göz açıb, böyük oğlan olsun! İnanırıq ki, Əli də atası kimi böyüyəndə cəsur ürəkli bir igid olacaq, Vətənə, dövlətə və xalqına şərəflə xidmət edib el-obaya baş ucalığı gətirəcək.
Qalib Bayramlı,
şair, publisist.
