Sizin reklam burada
Sizin reklam burada
  • Aygün Hüseyn

    Aygün Hüseyn

    AZƏRBAYCANIM

    Dolaylardan keçə-keçə
    Bulaqlardan içə-içə
    Zəmiləri biçə-biçə
    Qucağında yuva qurdum
    Azərbaycan – ana yur¬dum.
    Can söylədim adına mən
    Çox qızındım oduna mən
    Minib kəhər atına mən
    Keşiyində sayıq durd¬um
    Azərbaycan – ana yur¬dum.
    Taxtını yanında qurub
    Kürəyində Tanrı duru¬b.
    Bir qaya üstdə oturu¬b,
    Qoy ulasın bu boz qu¬rdum.
    Azərbaycan – ana yur¬dum.
    Sinəm dolu, sözüm ço¬xdu
    Səndən başqa sevgim yoxdu.
    Düşmən gözündə bir oxdu
    Oğul-oğul mənim ordu¬m.
    Azərbaycan – ana yur¬dum.

    LEYLA XANIM

    Xoşdu xasiyyəti sanki ipəkdir,
    Səmimi olmaqda bircə¬di, təkdir
    Göydən yerə enmiş ül¬vi mələkdir,
    Ürəyi böyükdür Leyla xanımın.
    Şair dyğuludu, sadədi qəlbən,
    Özü gözəlliyə yaranı¬bdı tən.
    Mərhəba söyləyir adı¬na Vətən,
    Ürəyi böyükdür Leyla xanımın.
    Atası İLHAMIN haqdır əməli,
    Anası MEHRİBAN dünya gözəli.
    Arzunun, Heydərin ün¬vanı bəlli,
    Ürəyi böyükdür Leyla xanımın.
    Ulu Öndərimin nəvəsi¬dir O,
    Gözəllik eşqinin həv¬əsidir O.
    Uca xeirxahlıq töhfə¬sidir O
    Ürəyi böyükdür Leyla xanımın.
    Heydər ünvanlıdır bu od, bu ocaq,
    Nəciblər dünyada daim qalacaq.
    Bütün insanlığa açıb¬dır qucaq,
    Ürəyi böyükdür Leyla xanımın.

    VƏTƏN

    Sinəmdə Vətən sevgis¬i,
    Yurda bağlı bir insa¬nam.
    İtməsin babamın irsi,
    Çətin ki, mən haqqı danam.
    Yurdun döyüşkən qızı¬yam,
    Yarağımdı din, inamı¬n.
    Ömrün - günün ilk ya¬zıyam,
    Safdır axan qızıl qa¬nım
    Vətən doğma bir anad¬ır,
    Ay - ulduzu, baqyrağı var.
    Başım dağlardan ucad¬ır,
    Qədim, ulu torpağım var.
    Azərbaycan-doğma diy¬ar,
    Yolunda candan keçər¬əm.
    Əsrlərdən sorağın va¬r,
    Mən Nigaram, mən Həc¬ərəm.

    TƏZƏDƏN DOĞULDUM

    Uşaqkən quranı tutdum əlimdə,
    Anladım həyatın məna¬sını mən.
    Rəbbimin adını tutdum dilimdə,
    Duydum saflıq, paklıq dünyasını mən.
    Duyğularım məni çəkib apardı,
    Bakıdan Məşədə, Məşə¬ddən Quma.
    Qurbanı olduğum məsum ruhların,
    Yanında yetişdim, ar¬zuya, kama.
    Bağlı qapılarım açıl¬dı bir-bir,
    Kərbalada kimlər mənə yar oldu.
    Qovuşdum Nəcəfdə imam Əliyə
    Neçə möcüzələr aşikar oldu.
    Şamda Zeynəbimlə gör¬üşdüm inan,
    Bu bir həqiqətdir, yoxsa bir yuxu.
    Sandım ki, arxamda dağlar dayanıb,
    Qalmadı canımda bir qara qorxu.
    Mədinə! Qovuşdum Məh¬əmmədə s. mən,
    Tanrım heç vaxt məni qoymadı darda.
    Dəyişdi Məkkədə ömrüm büsbütün,
    Təzədən doğuldum ana¬dan orda.

    ANAM

    Övlada bağlıdır ömrü, həyatın,
    Min ilə əvəzdir bircə saatı.
    Kəsilməz dilindən la¬yla, bayatı.
    Qayğılı, duyğulu ürə¬kdi anam.
    Bilməz hikkə nədir ucalanda da,
    Özünü tox tutar ac olanda da.
    Oğluna, qızına qocal¬anda da,
    Isti qucağıyla gərək¬dir anam.
    Sözlər şirinləşər şi¬rin dilində
    Aləmə nur yayar üzü güləndə.
    Bəzən polad sınar on¬un əlində
    Bəzən ipək kimi kövr¬əkdir anam.
    Aygünəm yadımdan çıx¬maz bu məsəl.
    Heç vaxt son sözümü demərəm əzəl.
    Gözəllər yanında ham¬ıdan gözəl.
    Mələklər yanıdna məl¬əkdir anam.

    KİM ANLASIN

    Sözü bilə-bilə daniş.
    Qadağa ver dilə danı¬ş.
    Danışanda elə danış
    Arada him-cim olması¬n.
    Özüm billəm min dərd¬imi,
    Unutmaram min dərdim¬i.
    Saza söyləsəm dərdim¬i,
    Mizrab sınsın, sim ağlasın.
    Toyda məni, yasda mə¬ni.
    Kəs də məni, as da məni.
    Anlamırsa dost da mə¬ni,
    Onda məni kim anlası¬n.

    SƏSLƏ MƏNİ

    Tapmışam qada yerdə,
    Düşmüşəm oda yerdə.
    Göydə ol, ya da yerd¬ə,
    Gələrəm, səslə məni.
    Səsini duyan kimi,
    Dinər könlümün simi.
    Unudub dərdi, qəmi,
    Gülərəm, səslə məni.
    Söyləyib söz payımı,
    Saxlayıb köz payımı,
    Yüz yerə öz payımı
    Bölərəm, səslə məni.
    Sənsən dövlətim, var¬ım,
    Sənsən eşqim, vüqarı¬m.
    Səsləməsən, a yarım,
    Ölərəm, səslə məni.

    DƏNİZİN DALĞALARI

    Xəyallar üzdürür qoy¬nunda məni,
    Gözlərim önündən ötür çən-duman.
    Hər kiçik xatirə düş¬ür yadıma,
    Dəniz dalğaları coşd¬uğu zaman.
    Ürəyim açılır, gözlə¬rim gülür,
    Büsbütün yol olur kə¬dərim, qəmim.
    Canımda bir sevgi ru¬hlanır sanki,
    Yenidən həyata doğul¬an kimi.
    Gözlərim dikilir uzaq yerlərə,
    Görünməzi görmək olur sən demə.
    Kükrəyən dənizin dal¬ğalarından,
    Təzə hisslər dolur mənim qəlbimə.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ