Bu sözləri "atributinfo.az"a açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev bildirib.
Deputat vurğulayıb ki, daxili qiymət artımı adətən neft məhsullarının qiyməti ilə bağlı olur:
"Məsələn, benzinin, dizelin qiyməti qalxır, təbii ki, bu digər amillərə də təsir edir. Yaxud da bazarda inhisarçı olur və istəlinən vaxt qiyməti qaldıra bilir. Bizdə qəribə bir tendensiya yaranıb, minimum pensiya, minimum əməkhaqqı artan kimi belə hesab edirlər ki, digər məhsulların da qiyməti artacaq və bunu neqativ tərəfə yozurlar. Hesab edirəm ki, bu, yanlışdır. Qiymət artmasının bir səbəbi də psixoloji amillərlə bağlıdır".
Elşad Musayev onu da qeyd edib ki, dövlətin nə qədər imkanları var belə artımlar davamlı olacaq.
Bəradər
"Atributinfo.az"
