Milli Cəbhə Partiyasının sədri, millət vəkili
Əziz xalqımızı rəhbərlik etdiyim Milli Cəbhə Partiyası - MCP və öz adımdan Milli Dirçəliş Günü münasibətilə təbrik edir və ona layiqli həyat arzulayıram.
1988-ci ilin noyabr ayında xalqımız ayaqlanaraq bütün SSRİ-yə meydan oxudu, SSRİ xalqlarının gözünün açılmasında misilsiz rol oynadı və qurbanlar verdi. Bu xalq erməni daşnaklarına qarşı bir yumruq kimi birləşdi, Topxana meşələrinin erməni qəsbkarları tərəfindən qırılmasına qarşı milyonlarla insan küçələrə axışdı, yürüş etdi, tankların altına uzandı və qəsdi dayandırdı.
Bu gün əsl xalq bayramıdır. Xalq bu bayramı öz qanı və birləşmə əzmi ilə qazanıb. 1992-ci ilin 17 noyabrından bu bizim milli dirçəlişimizdir və o davam etməkdədir Biz xalqın arzu və istəklərinə uyğun cəmiyyət quruculuğu üçün çalışırıq. Bu gün sosial müdafiə, iş yerlərinin yaradılması, demokratik inkişaf, insan hüquq və azadlıqları ilə bağlı görəcəyimiz böyük işlər və çağırışlar var. Bunlar həll olunduqca xalqımız daha yaxşı yaşayacaq, gələcəyə ümidlə baxacaq.
Əziz xalqım, bayramınız mübarək!
