KİV-dən məlum olduğu kimi, Azərbaycanın ilk 17 yaşlı Qarabağ Qazisi Qasımov Vüqar Əlyar oğlu- artıq 5 gündür ki, əmlakını dağıdan məmur özbaşınalığına qarşı etiraz-aclıq aksiyası keçirməkdə davamlıdır.
Hazırda Masazırda kirayə yaşayan Qazi V.Qasımovun real durumunu öyrənmək məqsədilə yola çıxmağa qərar verdim. Yol boyu, necə deyərlər, qara-qura düşüncələr məni təqib edirdi. Leysana düşsəm də, geri dönmədim... "Birdən...son nəfəsi.., birdən son anımları... ola bilər." KİV-dən müsahibəsini dinlədiyim Qazi V.Qasımovun monoton səsi inamıma düzən verirdi..."16 yaşlı həddi-buluğa çatmayan yeniyetmə XOCALI SOYQRIMINA zamanında etiraz edibsə, QARABAĞA gedə bilibsə, mən nədən leysandan çəkinib istiqamətimdən çəkinməliyəm?!
Atalar yaxşı deyib:"Nabələd kor kimidir." Masazıra gedən taksilər də, yolüstü maşınlar da qeybə çəkilmişdi.Bu barədə sonra:N.A)
BURA MASAZIRDIR
Nə mutlu, mənə. Dəmir iradəli, sayalı qədəmlərimə inamlıyam! Yağışın yaratdığı "çay"ı sürətlə addımlayıb, keçdim...Birnəfəsə qalxa-qalxa, Qazini bu məchul duruma salan məmurların amansızlıqlarının hüquqi, vicdani, mənəvi bilavasitə layiq olmadıqları vəzifədə daha qorxulu göründüklərinin fövqündə oldum!
GÜNƏŞ ÜRƏKLİ QAZİ
Qazilər Azərbaycan torpaqlarını qucaqlayaraq qoruyan, bağrına basan can sərvətimizdir. Fəxrimiz, şan-şöhrətimizdir. Nəfsinin muzdlu köləsi olan, Qazi Vüqar Qasımovun əmlakını dağıdan üzdəniraq bəzi məmurlar, artıq onun inamının şah damarını kəsiblər...
Əl uzadıb görüşəndə, günəş ürəkli Qazinin bədənindəki soyuq giziltini duydum. Məslək səngərinin dönməz ərlərindən biri: Qazi Vüqar Qasımov yer üzünün yurdsevərlərinin maqnit mərkəzindədir. Budur,Təcili Yardım dadına çatır. Qazinin üfürülmüş ilham çıraöını sönməyə qoymadılar. Gözlərim önündə QƏHRƏMANLIQ DAĞI asilərin əli ilə ləngər vururdu...Fatehə qənim asilər...Yumruğum-naləm, fəryadımdır...Həkim qız əlindən gələni edirdi. Doktor Ayşə Hacıyeva fonendoskop əlidə durumunu yoxlayır, tibb bacısına nəsə pıçıldayır. Qoluna, yanına iynə vuran tibb bacısı Nailə Tağıyevaya minnətdarlıq edirəm... Bayırda yağış elə yağır ki, tut ucundan çıx göyə. Aynalardan ləkələri silə-silə, ulduzları qucaqlayır. Buludlar bir-birinə dəydikcə göy guruldayır. İnsan övladı aldığı hər nəfəsin qədrini bilməlidir! Həkim, tibb bacısı, Qazi V.Qasımovun qardaşı İlham və bu sətirlərin müəllifi. Biz sanki, ləngər vuran bir dənizik. Zalım aclıq - imunitetini aşagı saldığından, ümumi vəziyyəti öləziyir...Qəlbimin səsi deyir ki, biz POLAD YUMRUĞA çevrilib Azərbaycanın ilk Qarabağ Qazisi Vüqar Qasımovu xilas edəcəyik. Üzü yenidən nurlanacaq, damarlarında dolaşan qan allanacaq, dərisi güllənəcək. Yerdən- göydən qüvvət gələcək. Saat keçir. 20:40
Vüqar yanına iynə vuran tibb bacısına müraciətlə:
- Ora qəlpə girib, qarnımdan çıxmışdı.Bağırsaqlarım bayıra tökülmüşdü...
Doktor dedi ki, ürək "ritmi aşağı düşdüyü" üçün koordioqramaya getməsi vacibdir. Həkim A.Hacıyeva çantasının saxlancından çıxardığı əlavə dərmanları Qazidən əsirgəmədi. İbn-Sina ruhunun daşıyıcısı, səxavətli həkim qızdan fərqli baxar korlar, kəmfürsətlər gözlərim önündə dayandı...
QƏLƏM TUTAN ARIQ ƏLİM...
İlham həkimi yola salan an, gördüm, dalğın- dalğın iki göz baxır. Gözlərimə gözünün əksi düşən Qazi V. Qasımov QƏLƏM tutan arıq əlimi seyr edirdi:"İnanmazdım ki, gələsiniz..."
Həmin an düşündüm ki, Ərk istehkamını, Təbriz qalasını aşıb gəlmişəm. Muzeyə çevrildi, kirayə otaq. Hansı xalq dünyada çatıb ağ günə?! Təbii ki, düşüncələrindəki qandalları qıranlar! Həyat və Ölümlə qoşa addımlayan, ƏSGƏR HƏYATININ özəlliklərinə bələd olan, bəzi məmurlar tərəfindən qocaldılan, övladımdan bir bayram yaşca böyük CANLI QEYRƏT ABİDƏMİZ- QARABAĞIN İLK 17 YAŞLI QAZİSİ V. QASIMOVLA üzbə-üz:
Söhbətə İlham körpü salır:"Belə havada Masazıra gəlməyiniz qoçaqlıq əlamətidir."
-Ailədə neçə uşaq olmusunuz?!
-Dörd. Vüqar (09.06.1975), İlham (yəni, mən), bacım Səkinə və Elnarə.
İlham əlavə etdi ki, qardaşını 1993-cü il, mayın 8-də, Ağdamın Zəngişalı kəndindəki hospitaldan hərbi helikopterlə birbaşa Sumqayıtdakl (Nasosnuda) Hospitala gətirdilər.
HEÇ KİM UNUDULMUR,
HEÇ NƏ YADDAN ÇIXMIR!!!
-Zəngişalı hospitalında qardaşımın həkimi Şabanovun təklifi ilə, hərbi tibbi personal Vüqarın qan çatışmazlığını görüb, onun qrupuna uyğun qan köçürürlər. Necə deyərlər, qardaşımın orada xidmət keçən neçə-neçə qan qardaşları var. Heç kim unudulmur, nə kim yaddan çıxmır.
"MƏN VƏTƏNƏ AİDƏM"
Naxçıvan MR Culfa rayon icra ba.çısının "ağzını sapla tikməsinə məhkum etdiyi 17 yaşlı İLK QARABAĞ QAZİSİ VÜQAR QASIMOVUN dodaqları arasından çıxan söz, sanki, ona qüvvət, güc verdi:
- ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİN SAYƏSİNDƏ SAĞAM. Hər aldığım nəfəsə görə, BÖYÜK DÖVLƏT ADAMI, SİLAHLI QÜVVƏLƏRİMİZİN MEMARI HEYDƏR ƏLİYEVƏ BORCLUYAM. O BÖYÜK İNSAN NAXÇIVAN ALİ MƏCLİSİNİN SƏDRİ OLANDA HƏR GÜN MƏNİM VƏZİYYƏTİMLƏ MARAQLANIRMIŞ. ALLAH RƏHMƏT ELƏSİN!
Valideyinlərimin erkən vəfat etməsinə, mənim çox ağır vəziygətə düşməyim səbəb olub. Beş gün komada olmuşam. Xərəkdə Nasosnuya, oradan da Naxçıvana gətiriblər. Ulu öndərimizin tapşırığı və köməyi ilə Təbrizdə müalicə olunmuşam. Ayağımın amputasiya olunmasına da, Ulu öndərimiz etiraz edibmiş. Deyib ki, bu cəsur gəncin 17 yaşı var. Gələcəyini nəzərə alın, İrandakı ən təcrübəli həkimə etibar edək, baxsın, müayinə etsin. Budundan kəsib, ayağıın altına sümüyün üstünə ət peyvəndi olunsun!
P.S: Mövzunun aktuallığını nəzərə alıb, XOCALI faciəsindən sonra, yük qatarı ilə, Mincivandan-Ağdama döyüşə gedən KÖNÜLLÜ 16 YAŞLI ƏSGƏRİN DÖYÜŞ YOLUNU bilavasitə 28 yerdən yaralanmasının bəzi məqamlarına aydınlıq gətirəcəyik.
Natella Asena
AYB və AJB-nin üzvü.
Xüsusi olaraq "ATRİBUT" qəzeti üçün
