Sizin reklam burada
Sizin reklam burada
  • Dövlət Suverenliyi Günü qeyd edildi

    Prezident, Ali Baş Komandan İlham Əliyevin məlum qərarı ilə sentyabrın 20-si Azərbaycanda Suverenlik Günü kimi qeyd edilməsi ölkə ictimaiyyəti tərəfindən yüksək sevinc hissi ilə qarşılanmaqdadır. Artıq bundan sonra hər il Respublikamızda bu təqvim qəhrəmanlıq, qələbə bayramı əhvalı ilə qarşılanacaq.
    Bu gün Bitki Mühafizə və Texniki Bitkilər ETİ- nin əməkdaşları Azərbaycan tarixində ilk dəfə Dövlət Suverenliyi Gününü qeyd etdilər. Professor İbrahim Cəfərovun rəhbərliyi ilə keçirilən tədbirdə Şəhidlərin xatirəsi yad edildikdən sonra çıxış edən natiqlər illər boyu Zəfərə və Suverenliyə doğru aparan yoldan bəhs etdilər, düşmən üzərində çalınan bu möhtəsəm qələbə sevincini xalqımıza yaşadan Vətən oğullarına, alqış söylədilər, Qazilərə Allahdan şəfa, Şəhidlərə rəhmət dilədilər.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ