Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan mətbuatını gözdən salanlar kimlərdi

    Azərbaycan mətbuatını gözdən salanlar kimlərdi Fakt-subut yoxsa, iftira-qarayaxma?

    Ötən əsrin 80-ci illərində, hərbi xidmətdən sonra fəaliyyət göstərdiyim 143 saylı TSMD-də aylıq 300-360 rubl məvacibin üstündən adlayıb aylıq məzacibi 90 rubl olan Saatlı rayonunda cıxan "Dönüs" qəzetinə- mətbuata gələndə, özumu elə xoşbəxt sanırdim ki... Bilirsiniz niyə? O vaxtlar həm mətbuata gəlmək çətin idi, həm mətbuat orqanınin sayı az idi, həm də ən əsası mətbuat ölkədə həqiqətən 4-cü hakimiyyət statusuna malik idi. Elə ona görə də bu sahənin əməkdasları mədəni-etik, nümunəvi fəaliyyətləri, qərəzsiz, ədalətli yazıları ilə yüksək hörmət və nüfuza malik idilər. Heç kəsin ağlına belə gəlməzdi ki, bu "xoşbəxtliy"in ömrü uzun olmayacaq. Quruluş dəyişdi, həyat gözəlləşdiyi qədər də zaman eybəcərləşdi, tələblər başqalaşdı. Hətta, mən deyərdim ki, bəzi halda ayaq başa, baş ayağa keçdi.
    Biz hələ orta məktəbdə oxuyan vaxtlarda kitabda hər hansı orfoqrafik səhvə rast gələndə qəzet axtarıb tapardıq və həmin yazını qəzet cümlələri ilə uyğunlaşdıraraq düzəliş edərdik. Qəzetlərdə hələ-hələ istər orfoqrafik, istərsə də qrammatik səhv getməzdi, buna yuxarıdan ciddi nəzarət vardı. Bəs bu gün vəziyyət necədir?
    Nə sayt, nə qəzet yazılarına heç bir qadağa, nəzarət olmadığı bir vaxtda savadsızlıq, özbaşınalıq, qarayaxma, sər-böhtan xarakterli yazılar iyrənc vəziyyət alıb. Əksər media orqanlarında nə redaktor yox, nə redaktə, nə də haqq-ədalət.
    Bu günlərdə etika xatirinə adını çəkmək istəmədiyim bir saytda Respublika Nevrolocərrahiyyə Xəstəxanası haqqında bir yazıya rast gəldim. Yazını oxuduqdan sonra sadəcə mətbuata gəldiyim və ömrumun 41 ilini bu sahəyə həsr etdiyim üçün çox peşiman oldum. Böyük arzulara kiçik alaq otları necə də son qoyarmış. Heç bir tutarlı fakta söykənməyən, ümumiyyətlə yazı xatirinə (keçmiş) tramvay altında qalan, ceynənmiş sözlərdən mübtəda-xəbəri yerində olmayan cümlə düzəldilərək (əgər buna cümlə demək mümkündürsə), bitməmiş fikirlərdən ibarət olan, başdan-başa hərf səhvləri, kobud durğu işarələri pozğunluğu, 1-2-ci sinfin imla və ya inşası səviyyəsində olmayan yazıda müəllif sozügedən xəstəxananın rəhbər işçilərini ittiham edir, onların fəaliyyətinə kölgə salmaq istəyir. Görünür, nə demək istədiyini özu də bilməyən bu insanın savadsızlığının ifrat həddidir ki, "zəhmət" çəkib yazdığı materialı barı saytda paylaşmamışdan öncə gözdən də keçirməyib.
    Dəfələrlə adı çəkilən xəstəxanaya yolu düsən, xəstə aparan bir şəxs kimi tam əminliyi ilə deyə bilərəm ki, orada xüsusilə son illər kollektiv olduqca nizam-intizamlı, dedi-qodusuz, qayda-qanunu, təkəbbürdən kənar fəaliyyət göstərir, xəstələrə xidmət göstərir, heç kəs özünü heç kəsdən artıq, əskik hesab etmir. Kollektivin rəhbəri Fərhad Həsənov olduqca mədəni-etik, nümunəvi davranışı, təmkini, qabiliyyəti və qətiyyəti ilə necə deyərlər, sükanı əlində möhkəm saxlayır, ciddi nəzarət qaydasında rəhbər fəaliyyətini davam etdirir. Fəaliyyəti xarakterində, xarakteri fəaliyyətində əks olunan bu insan haqqında yalnız ən xoş sözləri demək olar. Onun rəhbərliyi altında çalışan şəxslər də təbii ki, bu timsaldafır. Kimsə, kiminsə qohumudur deyə, onu şərləmək, iftira atmaq hansı ədalətə sığar? Yazıda poliklinika şöbəsinin müdiri Fazil Qafarlının adı çəkilir. Bu dərəcədə də primitiv, patriarx düşüncə olmaz axı. Bir halda bu insan şöbə müdiridisə, o, özunü sıravi işçi kimi aparmalı deyil ki. Onun vəzifə səlahiyyətləri çərçivəsində işçilərə deyəcəyi söz, verəcəyi tapşırıq olmalıdı. Hər kəs öz işinin başinda əyləşməlidi, öhdəsinə düşən tapşırıgı yerinə yetirməlidi. Bir də Fərhad Həsənovun Fazil Qafarova tapşırıq verməyə də, inzibati hərəkətsizliyə yol verərsə, onu tənbeh etməyə də gücü də çatır, qüdrəti də. Əslində isə onların arasında işdən əlavə səmimi dostluq münasibətləri var cənab yazı müəllifi. Lakin necə deyərlər, dostluq dostluqdur, iş işdir. Dərinliyini bilmədiyiniz suya baş vurmaqla özünüzü batırarsız sayın həmkar. Belə etməyin. Çöldən-bayırdan söz eşidib onu rəsmi yazıya çevirmək jurnalist əqidəsinə yaraşmayan haldır. Yazırsız ki, bu insan xəstələrlə kobud rəftar edir və başının üstundə TƏBİB-in yüksək rütbəli şəxsləri olduğunu vurğulayır, hətta Vuqar Qurbanovla dost olduğunu deyir. Hanı əlinizdəki səs yazısı, hanı bir şahid, desin ki, sadaladıqlarınız düzdür. Əsassız yazının şər-böhtan olduğunu və bunun hüquqi məsuliyyətini dərk edirsizmi? Özgəyə quyu qazmayın, özunüz düşə bilərsiz. Bu qədər.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ