Sizin reklam burada
Sizin reklam burada
  • Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Dünya çempionlarını qəbul edib

    05-07 aprel 2024-cü il tarixlərində İtaliyanın Genova şəhərində Savat assaut və kombat versiyası üzrə kadetlər, gənclər və böyüklər kateqoriyasında keçirilən beynəlxalq turnirdə Göygöl Rayon İrəvan İdman Klubunun idmançıları 30 kq çəki dərəcəsində Hüseynzadə Raul və 48 kq çəki dərəcəsində Məmmədli Məhəmməd rəqiblərinə qalib gələrək turniri qızıl medalla başa vurmuşlar.
    "Atributinfo.az" xəbər verir ki, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev idmançılar Raul Hüseynzadəni,
    Məhəmməd Məmmədlini və onların məşqçiləri Fəxri Cəfərovu qəbul edib, bu yüksək nailiyyətlə bağlı təbrik etmiş, respublika və beynəlxalq yarışlarda yeni-yeni uğurlar arzulamışdır. Sonra idmançılarla xatirə şəkli çəkdirilmişdir.

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ