İndi isə görülmüş son yenilənmə işlərindən sonra sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilər barədə məlumatlar da “Açıq reyestr”ə daxil edilib.
Artıq Sənaye Mülkiyyəti Obyektlərinin Reyestrində qeyd olunan bütün sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı haqqında məlumatlar üzrə axtarış aparılması mümkündür. Hər bir kəs “Açıq reyestr”ə sərbəst daxil olaraq sənaye mülkiyyəti obyektinə uyğun milli qeydiyyatların olub-olmaması barədə məlumatı əvvəlcədən öyrənə bilər.
Sənaye Mülkiyyəti Obyektlərinin Reyestrinə daxil olmaq üçün Əqli Mülkiyyət Agentliyinin internet səhifəsindən (https://copat.gov.az/) və ya birbaşa https://reyestr.copat.az/ linkindən istifadə etmək mümkündür.
