Sizin reklam burada
Sizin reklam burada
  • Sabahın hava PROQNOZU

    Aprelin 13-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir. Əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-11°, gündüz 15-20° olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 55-60 %, gündüz 40-45 % olacaq.
    Aprelin 13-də Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
    Havanın temperaturu gecə 8-13°, gündüz 20-25°, dağlarda gecə 0-5°, gündüz 7-12° olacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ