Sizin reklam burada
Sizin reklam burada
  • Seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Nizami rayonunda seçicilər ilə növbəti görüş keçirilib

    2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Nizami rayonunda seçicilər ilə növbəti görüş keçirilib.
    "Atributinfo.az" xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Sonra partiyanın prezident seçkilərində namizədi cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.
    Daha sonra YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, təşviqat qrupunun üzvləri Məhi Mehtiyev, Bahadur Məmmədov və başqaları çıxış ediblər.
    Seçicilər də fikirlərini ifadə edərək bildiriblər ki, qalib Lider İlham Əliyevə səs verərək ölkəmizin davamlı inkişafını dəstəkləyəcəklər.
    Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

    Bəradər
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ