Sizin reklam burada
Sizin reklam burada
  • Deputat Müşfiq Məmmədli seçiciləri ilə növbəti qəbul keçirib

    Bu gün Milli Məclisin deputatı Müşfiq Məmmədli Sumqayıt şəhər Yeni Azərbaycan Partiyasının binasında 44 saylı Sumqayıt - Xızı seçki dairəsinin seçiciləri ilə növbəti qəbul keçirdi.
    "Arributinfo.az" xəbər verir ki, qəbula gələn insanlar şəxsi məişət problemləri ilə yanaşı müxtəlif mövzularda məşğulluq, hüquqi yardım, təhsil, kommunal, sağlamlıq ilə bağlı müraciətlər ediblər. Bir neçə məsələ yerindəcə həllini tapıb. Millət vəkilinin səlahiyyətlərinə aid olan məsələlər deputat Müşfiq Məmmədli tərəfindən dərhal nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılıb.
    Qeyd edək ki, deputatın ərazi üzrə vətəndaş qəbulu mütəmadi olaraq hər ay keçirilir.

    Bəradər
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ