Sizin reklam burada
Sizin reklam burada
  • İltizam Yusifov: "Gənclərimiz müasir dünyanı anlayan və gedişatına təsir göstərə biləcək savadlı insanlar olmalıdır"

    "Bir neçə gün əvvəl Şirvanda “POWER GYM” adlı məkan diqqətimi çəkdi və bu səbəbdən də yaxından tanış olmağı lazım bildim. Məlum oldu ki, idman zalı özəl bir yer olaraq yeni istifadəyə verilmişdir. Zalda yaradılan şərait, müxtəlif idman hərəkətləri üçün ən müasir avadanlıqlar, olduqca yüksək səviyyədə qurulmuş otaqlar, ideal təmiz duş kabinaları diqqət çəkirdi. Sözsüz ki, gənclərimizin sağlam həyat tərzinin, o cümlədən şəxsiyyət kimi formalaşmasında, idmanın kütləviliyinin artmasında bu cür məkanların olması mühüm rol oynayır."
    Bu fikirləri Milli Məclisin deputatı İltizam Yusifov özünün Feysbuk səhifəsində paylaşıb.
    "Bu məkanı yaradan şəxslərlə, o cümlədən məşq keçən insanlarla söhbətimiz oldu və idman zalının fəaliyyətinə uğurlar arzuladım."- Deputat paylaşımda bildirib.
    İltizam Yusifov əlavə edib ki, söhbət zamanı bəlli oldu ki, yaxın zamanda qadınlar üçün də belə fitnes mərkəzinin yaradılması məzərdə tutulur:
    "Mən hesab edirəm ki, pis vərdişlər Şirvanlı gənclərə, ümumiyyətlə Azərbaycan gəncinə nəinki yaraşmır, heç aid də deyil. Bizim gənclər sağlam, güclü, savadlı, müasir dünyanı anlayan və gedişatına təsir göstərə biləcək insanlar olmalıdır."- Deputat qeyd edib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ