Yanvarın 13-ü köhnə Yeni il kimi Sovet İttifaqı qurulduqdan sonra ənənələrin saxlanması məqsədilə qeyd olunmağa başlayıb. Bu da provaslav kilsəsinin bütün günləri Yuli təqvimi ilə qeyd etməsi ilə bağlıdır. Provaslavlarda müasir Yeni il isə Milad bayramı kimi qeyd olunur. Amma nəzərə almaq lazımdır ki, bu bayram təkcə Rusiyada, eləcə də postsovet ölkələrində keçirilmir. Katoliklər yeni ili e.ə 45-ci ildə roma imperatoru Yuli Sezarın tərtib etdiyi təqvim əsasında indiyə qədər yanvarın 1-i qeyd edir. Rusiya ilə yanaşı köhnə yeni il Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus, Serbiyada, Çernoqoriya və İsveçrədə keçirilir. Yeni ili yanvarın 13-ü qarşılamaq ənənəsi Serbiya və Çernoqoriyada hələ də saxlanılıb. Çünki bu ölkələrdə Rusiyada olduğu kimi kilsə günləri Yuli təqvimi ilə qeyd edilir. Serbiyada bayram Serbiyanın Yeni ili adlandırılır. Makedoniyada, İsveçrənin bir sıra almandilli bölgələrində də bu təqvim qeyd olunur.
Yaponiyada isə "rissyun" adlanan köhnə Yeni il baharın gəlişidir. Azərbaycanda köhnə Yeni ili ölkəmizdə yaşayan ruslar qeyd edirlər. Dünyanın bəzi ölkələrində bu bayramla bağlı özəl münasibətin səbəbləri də var. Bunlardan biri də dekabrın 31-dən fərqli olaraq, 13 yanvarın daha sakit, qarışıqlıqdan uzaq keçirilməsidir.
İlkin Məmmədov
Göygöl,
Zahir Məmmədov,
Bakı
"Atributinfo.az"
