Sizin reklam burada
Sizin reklam burada
  • YAP Saatlı rayon təşkilatının komandası region birincisi oldu

    28 oktyabr 2023-cü il tarixdə YAP Saatlı rayon təşkilatının komandası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual oyununda iştirak etdi. Kürdəmir rayonunda keçirilən region turunun G qrupu üzrə 11 komanda mübarizə apardı. Kürdəmir, Qaradağ, Hacıqabul, Göyçay, Yevlax, Ucar, Zərdab, Ağsu, İmişli, Saatlı və Sabirabad komandalarından ibarət qrup oyunlarının nəticələrinə görə Saatlı, Sabirabad və Hacıqabul komandaları yüksək nəticələr əldə edərək Bakı şəhəri, Gülüstan sarayında keçiriləcək final mərhələsində iştirak edəcəklər.
    "Atributinfo.az" xəbər verir ki, final mərhələsində iştirak edəcək komandamıza səmimi qəlbdən bol-bol uğurlar arzulayırıq.

    Bəradər
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ