Sizin reklam burada
Sizin reklam burada
  • Musa Urud: "Saxta profildə yerləşdirilən bu yazı başdan-başa qondarma bir iftiradır"

    Deputatdan sosial səbəkədə ünvanına yönələn qarayaxmaya cavab:

    ÖMRÜ 40 GÜN OLANLAR

    "Hörmətli dostlar və dostluğumda olmayan FB istifadəçiləri!
    Hansısa, yaramaz şəxs, yaxud qrup tərəfindən mənim adımdan saxta profil yaradılaraq qeyri-qanuni saxta proqramın reklamını yaymışlar. Guya ki, mən İTV də aparıcı Nigar Sabirqızı ilə müsahibə zamanı hansısa kriptovalyuta tətbiqini təbliğ edən Quantum Aİ platforması üzərindən asan pul qazanma imkanlarını reklam etmişəm. Bundan qəzəblənən Mərkəzi Bank isə məni məhkəməyə vermişdir." Bu sətirləri Milli Məclisin deputatı Musa Urud özünün Feysbuk səhifəsində paylaşıb. Sosial şəbəkədə hansısa,saxta profillə ünvanına yönələn şər böhtan xarakterli qarayaxmalardan, aidiyyatı olmayan, heç bir həqiqətə söykənməyən iftira dolu paylaşımlardan qeyzlənən deputat haqlı olaraq əlavə edib ki, o qədər səviyyəsiz və gülünc bir saxtakrlıqdır ki, buna, əlbəttə, fikir verməmək də olardı. Amma bizi tanıyan, sözümüzə inanan sadə insanların bəzilərinin bu reklam tələsinə düşə biləcəyi ehtimalını nzərə alaraq bu məlumatı paylaşmağı gərəkli hesab edirəm:
    "Bir daha bildirirəm ki, saxta profildə yerləşdirilən bu yazı başdan-başa qondarma bir iftiradır. Mən iqtisadçı deyiləm, bank sektorunun fəaliyyəti ilə bağlı uzaqdan-yaxından bir əlaqəm yoxdur, İTV-də bu mövzuda belə bir müsahibə olmamışdır. Mətnin təhlili göstərir ki, yazı qeyri-azərbaycanlı tərəfindən hazırlanmışdır və çox güman ki, ölkə xaricindəki qrup tərəfindən saxta proqramla paylaşılmışdır.
    Görünür bizim mətbuatda, o cümlədən, elektron KİV-lərdə ermənilərə qarşı apardığımız ardıcıl savaş xaricdə və təəssüf ki, həm də daxildə olan erməniləri və erməni dəyirmanında haram və çirkli dənini üyüdən nadürüstləri narahat etmişdir. Bizə qarşı şantajın bu formasından istifadə etmişlər.
    Digər tərəfdən son günlər FB və digər sosial platformalarda ölkənin tanınmış simalarına yönəlmiş böhtan kmpaniyası da bizi narahat edir və bu kampaniyanın haradan və kimlər tərəfindən qaynaqlandığını da bilməmiz gərəkdir.
    Bu məqsədlə həmin saxta profillə bağlı ölkəmizin müvafiq hüqüq müfafizə orqanlarına rəsmi müraciət etmişəm. Araşdırma aparılır və nəticəsi barədə məlumat olan kimi burada paylaşacağam."- Deputat vurğulayıb.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ