Sosial xidmət müəssisələrində 6 ayda 2500-dən çox şəxsə sosial xidmət göstərilib
Sosial
29-07-2023, 14:07
177
Atributinfo.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 13 sosial xidmət müəssisəsində bu ilin ilk 6 ayında həssas əhali qruplarından olan 2539 şəxsə sosial xidmət göstərilib. Bu dövrdə həmin şəxslərə Agentliyin müəssisələrində sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-pedaqoji və digər stasionar xidmətlər göstərilib. Həmçinin hazırda Agentlik tərəfindən 3875 şəxsə evdə (səyyar) sosial-məişət xidməti göstərilir.