Sizin reklam burada
Sizin reklam burada
  • Qanunsuz mineral xammal çıxarılmasının qarşısı alınıb

    Atributinfo.az xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Gəncə şəhəri, "Şıxdüzü" adlanan ərazidə "Abadlıq" Tikinti Materialları İstehsalı Firması tərəfindən qazıntı işləri aparılaraq qanunsuz gəc mineral xammalı götürüldüyü aşkar edilib.
    Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
    Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, faktla bağlı akt tərtib olunub. Firmanın hüquqi şəxs qismində cərimələnməsi məqsədilə toplanmış sənədlər Gəncə Şəhər Məhkəməsinə göndərilib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ