"Atributinfo.az" xəbər verir ki, tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Qərb Regionunun rəhbəri Səbuhi Abbasov, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Mədəniyyət, Gənclər və Təhsil sahələrinin rəhbərləri, psixoloqlar və gənclər iştirak edib. Məruzəçilər mövzu ilə bağlı tədbir iştirakçılarına geniş və ətraflı məlumat verdilər. Tədbir psixoloqların və gənclərin iştirakı ilə diskussiya şəraitində davam edib. Gənclərin çoxsaylı sualları ətraflı cavablandırılıb, onlara hüquqi məsləhətlər verilib.
Zahir Məmmədov
"Atributinfo.az"
