Atributinfo.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 23 faiz çox olmaqla 326 mln. manat, Prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 213 mln. manat ödənilib.
Son 4 ayda 46 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 475 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
/atributinfo.az/
