Onlardan 18 334 nəfəri “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən vakansiyalar üzrə işlə təmin edilib.
Həmin dövrdə 1624 nəfər özünüməşğulluq proqramına cəlb olunub. Təlim kurslarında iştirak etdikdən sonra onların kiçik bizneslərini yaratmaları üçün aktivlərlə təminatı həyata keçirilir.
Yanvar-aprel aylarında 3295 işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində peşə hazırlığı kursları təşkil edilib, 83077 şəxsə isə peşəyönümü xidmətləri göstərilib.
Hüseynbala Həsən
/atributinfo.az/
