"Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gələn Masallı şəhərində yerləşən 4 saylı baxçada uşaqların təlim-tərbiyəsi və istirahəti üçün hər bir şərait yaradılıb. Baxçanın tikilib-istifadəyə verilməsi uşaqların təlim-tərbiyəsi, istirahəti ilə yanaşı, həm də rayon sakinləri üçün iş yerləri deməkdir. Rayonlarda yaşayan iş adamları qeyri-neft sektorunun inkişafı üçün öz töfhələrini verməlidir.
Açılışda Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov və aparatı, həmkarlarım - Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri Tahir Mirkishili , millət vəkilləri Musa Qasımlı, Cavanşir Paşazadə, Anar İsgəndərov, Heydər Əliyev Fondunun nümayəndəsi Ceyhun Aslanov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi."
Bəradər Səməndərli
"Atributinfo.az"
