Sizin reklam burada
Sizin reklam burada
  • "Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbir təşkil olundu

    "Azərbaycan tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlərin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli Qəhrəmanların gənclər arasında tanıdılması məqsədilə şəhid Novruz Aslanovun mövludunun 50-ci ildönümündə xatirəsinə ehtiram əlaməti olaraq, "Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbir təşkil olundu. Bu sözləri tədbirlə bağlı "Atributinfo.az"-a açıqlama verərkən Çocuq mərcanlı məktəbinin müəllimi Orxan Əlibəyov demişdir. O, əlavə etmişdir ki, tədbirdə şəhid yaxınları, kənd ictimaiyyəti, müəllimlər, şagirdlər iştirak edib:
    "Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb. Sonra Vətənimizin azadlığı, bölünməzliyi uğrunda canından keçən şəhidlər bir dəqiqəlik sükutla yad edilib:
    Tədbiri açıq elan etmək üçün söz məktəbin direktoru Zamin Həziyevə verilib. O bildirib ki, şəhidləri anmaq, onların xatirəsini uca tutmaq bizim insani borcumuzdur. Həmçinin Vətən uğrunda fədakarlıqlar edən qəhrəmanları şagirdlərə tanıtmaq, onlar həyat və döyüş yolunu təbliğ etmək, şagirdləri vətənpərvər ruhda tərbiyə etmək verilib. Onlar müxtəlif səhnəciklər nümayiş etdiriblər. Şairə Esmira Günəşin müəllifi olduğu, şəhidlərə həsr olunan şeirlər səsləndiriblər, mahnı oxuyublar.
    Daha sonra söz şəhid yaxınlarına verilib. Onlar da öz növbəsində tədbirin təşkilində əməyi keçənlərə təşəkkür ediblər. Qeyd ediblər ki, şəhidləri uca tutmaq, onların xatirəsini anmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Yekunda şəhidin adına onun yaxınları tərəfindən ehsan süfrəsi verilib."- Orxan Əlibəyov bildirmişdir.
    /atributinfo.az/


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ