Sizin reklam burada
Sizin reklam burada
  • Sülhməramlılara aid 10 avtomobil Laçın yolundan maneəsiz keçib

    Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
    Rusiya sülhməramlılarına məxsus məxsus avtomobillər maneəsiz keçid edib. Xankəndindən gələn 2 minik, 8 yük maşını Laçın istiqamətinə hərəkət edib
    Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.
    Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 134 gündür davam edir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ