Vitse-spiker çıxışına Ulu Öndər Heydər Əliyevin "Uşaqlar bizim gələcəyimizdir!" şüarı ilə başlayıb, sağlam gələcəyin qurulması üçün hər kəsin səfərbər olmasının vacibliyini qeyd edib. Xüsusilə valideyn himayəsindən məhrum olan uşaqların diqqət və qayğılarının Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu qeyd edən sədr müavini, eləcə də, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın mütəmadi olaraq uşaqlar və ahıllar evinə ziyarətlər təşkil etdiyini və onların qayğıları ilə maraqlandığını diqqətə çatdırıb.
Gələcək nəslin milli-mənəvi dəyərlərimizə bağlı, vətənpərvər ruhda tərbiyə edilməsinin vacibliyini qeyd edən sədr müavini, çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Qələbədən bəhs edib.
Adil Əliyev sosial həssas təbəqədən olan uşaq və yeniyetmələrin bütün ehtiyaclarının dövlət tərəfindən qarşılandığını qeyd edərək, uşaqların bayramlarını təbrik edib və onlara bayram sovqatları təqdim edib.
Sonra tədbir konsert proqramı ilə davam etdirilib.
