Sizin reklam burada
Sizin reklam burada
  • Saleh Məmmədov Göygöldə vətəndaş qəbulu keçirib

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Göygöldə vətəndaş qəbulu keçirib.
    "Atributinfo.az"-ın məlumatına görə Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Göygöl rayonunda vətəndaşları qəbul edib.
    Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Pashayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüb Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
    Daha sonra Göygöl rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib və qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

    Zahir Məmmədov
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ