Bu başdan dəyərli izləyicilərə vicdanla deyirəm ki, sözügedən rayonla bağlı təəssüratlarımı heç bir mübaliğəyə yol vermədən tam reallığı ilə bölüşəcəyəm.
...Qatar Gəncəyə çatanda bizi qalstuklu-kostyumlu bir cavan ziyalı çox böyük hörmətlə qarşılayaraq öz şəxsi maşınına əyləşdirdi və yol boyunca söhbətə başladıq. Məlum oldu ki, bu gənc ziyalı Göygöl İHB "Qızıl Qaya" qəsəbəsi inzibati ərazi nümayəndəsinin müavini İlkin Məmmədovdur...
Beləcə, 3 günlük səfərimiz zamanı əvvəldən axıra kimi bu insan bizim qayğımıza qlaraq, Göygölün gəzməli, görməli, maraqlı-mənzərəli cənnət gusələrini göstərdi, rayonda son illər keyfiyyətcə yüksək səviyyədə həyata keçirilən quruculuq-abarldlıq, yenilik işləri ilə bizi tanış etdi və sair və ilaxır.
GÖYGÖLLƏ BAĞLI TƏƏSSÜRATLARIMIZ
Yazının əvvəlində qeyd etdiyim kimi, bir müddət idi ki, bu rayona yolum düşmürdü. Ötən illərdən isə yaxşı mənada, xoşa gələn ciddi bir xatirə yaddaşımda canlanmırdı.
Bu başdan qeyd edim ki, Göygölün atributu olan "Göygöl" və "Maralgöl" istirahət zonalarında ilk dəfə olsam da, əvvəllər buraların antisanitar vəziyyət aldığınından xəbərdar idim. Lakin bu dilbər məkanı, təbiətin əsl möcüzəsini ziyarət edərkən, məni valeh edən hər iki gölün gözəlliyi ilə yanaşı, buradakı sanitar vəziyyət, təmizlik oldu. Əlbattə, gözəllik gözəldi, onu qorumaq ondan da gözəldi. Belə olanda bu yerlərə hər il axın edən turistlərin sayı daha da çox olar.
Göygölün dünəni və bu günü
Göygölə qədəm qoyanda ilk andan diqqətimi rayonun bir qədər yüksəkliyində qərar tutan möhtəşəm bayraq meydanı, eləcə də səliqə-səhmanlı, abad küçələr, rayon mərkəzindəki bir-birinə qarışmış inzibati idarə, müəssisə və təşkilatların əksəriyyəti bir qayda olaraq mərkəzdən kənarlaşdırılmıs və möhkəm təməlli yeni binalara köçürülmüş, küçələrdə piyadalar ücün səkilər yenidən işlənmiş, küçə boyunca evlərin divarları zövqlə rənglənmiş, zibilxanaya çevrilmiş avtobaza və bazardan əsər-əlamət qalmamışdır... Belə bir söz var: "Bağa baxarsan, bağ olar!"
Bir vaxtlar zülməti xatırladan Göygölün gecələri indi nura boyanaraq bərq vurur. Artıq bura rayon deyil, sözün əsl mənasında yaraşıqlı şəhərə çevrilib. Bütün bunlara əlbəttə, yeni icra başçısı Elvin Paşayevin rəhbərliyi ilə nail olunub. Hələ, Göygölə rəhbər təyin olunduğu vaxtın cəmi bir ili tamam olmamasına baxmayaraq, göygöllülərin sevimlisinə əməli şəkildə çevrilən, buraya yeni nəfəs gətirən, insanlara qarşı son dərəcə sadə, səmimi, qayğıkeş, diqqətcil və bir o qədər də işdə qətiyyətli olan gənc icra başçısı sozün həqiqi mənasında Göygölə ürək qoyur və bu ürəyin bariz nümunəsi kimi şəhərin əsas magistral yolunda gecələr rəngarəngliyi ilə daha çox diqqət çəkən "l love you Göygöl!" etiketidir. Ürəkdən gələn hiss, duyğu, məhəbbətin əksininin rəsmi və yazılı forma alması icra başçısı olaraq ilkə imza atmasıdır. Elə bu sevginin, bu səmimiyyətin bariz nümunəsidir ki, iş vaxtı bitəndən sonra Elvin Paşayev digər icra başçılarından fərqli olaraq, rayonun yaraşıqlı, geniş parkında, insanların arasında heç bir hüquq-mühafizə əməkdaşlarına, heç bir cangüdənə ehtiyac duymadan, azad şəkildə övladlarının əllərindən tutaraq gəzintiyə çıxır...
Çöhrəsindən nur tökulən bu insanla dostluq münasibəti qurmaq mənim üçün çox xoş oldu. Onsuz da bir müddət idi ki, gördüyü işləri başçılıq etdiyim "Atributinfo.az"-da paylaşım edərək qiyabi tanıdığım bu alicənab insanla görüş mübaliğəsiz desəm, məndə son dərəcə insanlığın gerçək nümunələrinin əyani şahidi olmaq imkanlarını yaratdı. Onun danışığı, davranışı, dinləmə mədəniyyəti, qarşısındakı insana münasibəti büsbütün ziyalılıq, insanllıq nümunəsidir. Elvin Paşayev təkcə qonağa qarsı deyil, rayon sakinlərinə qarşı da bu cür münasibətdədir. Odur ki, cəsarətlə deyə bilərəm ki, göygöllülərin icra başçısı sarıdan bəxtləri gətirib.
Şair Sücaət yazırdı ki,
Mən fəxr edirəm ki, kəlbəcərliyəm,
Şairlər yetirən elim var mənim.
Xalqımın incilər xəzinəsindən,
Aşıq Şəmşir kimi ləlim var mənim.
Əziz göygöllülər, bu cür ləyaqətli, vicdanlı, əqidəli, diqqətcil, işgüzar saf ürəkli rəhbərlə fəxr etməyə haqqınız var.
Bu qədər.
P.S. Bu, mənim Göygölə səfər təəssüratlarımın ixtisar formasi idi. Yazı bununla bitmir. Ömrünün 40-cı baharını yaşayan gənc icra başçısı Elvin Paşayevin nümunəvi həyat və fəaliyyəti barədə silsilə yazılarımı yaxın günlərədə izləyə bilərsiniz!
Bəradər Səməndərli
"Atributinfo.az"-ın baş redaktoru
