Yurdumuza bahar gəlir. Paytaxt Bakıda əsl bayram ovqatı yaşanır. Milli ornamentlərlə, adət və ənənələrimizin atributları ilə bəzənən dəniz kənarı park-bulvarda bir qələbəlik, bayram sevinci özünu göstərir insanların çöhrəsində. Qoy, bu bayram sevinci, bayram təbəssümü qədirbilən xalqımızın çöhrəsindən heç zaman əskik olmasın! Bayramınız mübarək!