Son iki ayda əmək müqavilələrinin sayında 7,9 min artım olub
Sosial
18-03-2023, 22:06
186
DSMF-dən aldığımız məlumata görə, yanvar-fevral aylarında əməkhaqqı fondu 5,2 faiz artıb Məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması istiqamətində tədbirlər əmək müqavilələrinin sayında artım dinamikasının davam etməsinə imkan yaradıb. Bu ilin yanvar-fevral aylarında ölkəmizdə əmək müqavilələrinin sayı 7,9 min və ya 0,5 faiz artaraq 1 mart 2023-cü il tarixinə 1 754 011 müqavilə təşkil edib. Qeyd olunan müsbət nəticələr, aparılan ardıcıl əməkhaqqı islahatları əməkhaqqı fondunda davamlı artımı şərtləndirir. Son iki ayda da əməkhaqqı fondunda 5,2 faiz artım baş verib.