"Atributinfo.az" təqdim edir:-Göygöldə həyata keçirilən yenidənqurma, abadlıq və bərpa işləri uğurların miqyasını artırır
Göygöl rayonu həm sənayesinin müstəsna əhəmiyyətinə, həm də əhalisinin sosial təbəqələşmədəki yerinə görə həmişə Respublika rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Bu gün Azərbaycanın hər bir guşəsi kimi, rayonumuz da inkişafının keyfiyyətcə məhsuldar dövrünü yaşayır. Ulu öndərin hakimiyyəti illərində özünə güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırmış rayon Azərbaycan Prezidenti IIlham Aliyevn diqqət və qayğısı sayəsində son illərdə böyük uğurlar əldə etmiş, daha da gözəlləşmiş, müasirləşmişdir. Bütün bunlar rayonun həyatında intibah kimi dəyərləndirilə biləcək mərhələnin uğurlu başlanğıcıdır.
Son illər rayonda həyata keçirilmiş işlər həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlıdır. Rayon icra hakimiyyəti üzərinə düşən məsuliyyəti düzgün qiymətləndirməklə, öz fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirməklə vaxtında və düzgün icrasına nail olmağa çalışır.
Rayonun qazandığı uğurların xülasəsini qısaca aşağıdakı kimi səciyyələndirmək mümkündür: Prezidentin tapşırıq və tövsiyələri dönmədən həyata keçirilir, abadlıq-quruculuq işlərinin miqyası daha da genişlənir, çoxşaxəli istehsal sahələri yaradılır, sosial problemlərin həlli istiqamətində arzulanan nəticələr əsasən əldə edilir, əhali ilə qarşılıqlı əlaqənin möhkəmləndirilməsi və onların qayğılarının öyrənilməsi istiqamətində əməli və təsirli tədbirlər həyata keçirilir. Bütün bunlar Göygöə rayonunun Azərbaycanın tərəqqisini özündə aydın əks etdirən əsas ünvanlardan birinə çevrildiyini, qarşıdakı dövr ərzində isə rayonda inkişaf dinamikasının daha böyük vüsət alacağını qətiyyətlə söyləməyə əsas verir. Cənab Elvin Pashayev in Göygöl rayonuna İcra başçısı təyin olunduqdan sonra rayonda həyat yeni bir axara düşdü. Hər kəsin ayrı-ayrılıqda problemləri dinlənilir, həlli istiqamətində aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verilir. İcra başçısı vətəndaşları tək qəbul edir. Elvin Paşayev rayon sakinlərinin istək və arzularının reallaşması üçün əlindən gələni əsirgəmir!
Ilkin Memmedov
YAP Göygöl rayon təşkilatının fəal gənci,
Göygöl Rayonu Qızılqaya Qəsəbə İcra Nümayəndəliyində müavin.
Xüsusi olaraq "Atributinfo.az" ücün






