Sizin reklam burada
Sizin reklam burada
  • Bu gün Vətən Müharibəsi şəhidi Vüsal Həsənovun ailəsi ziyarət edildi

    "Atributinfo.az" saytı xəbər verir ki, İkinci Qarabağ müharibəsi şəhidi Həsənov Vüsal Bayram oğlunun ailəsi Göygöl rayon Üçtəpə kənd tam orta məktəbin pedaqoji kollektivinin üzvləri tərəfindən ziyarət edilib.
    Qeyd edək ki, Şəhid Həsənov Vüsal Bayram oğlu 17 mart 1986-cı ildə Göygöl şəhərində anadan olmuşdur. 1992-ci ildə Göygöl şəhər 6 saylı tam orta məktəbdə 1-ci sinfə getmişdir. 2001-ci ildə həmin məktəbin 9-cu sinfi bitirmişdir.
    2010-cu il aprel ayından 2011-ci il oktyabr ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.
    27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman könüllü olaraq hərbi döyüşlərdə iştirak etmişdir. Vüsal Həsənov 8 noyabr 2020-ci tarixdə Xankəndi şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
    Ailəli olub, 2 övladı var.
    Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır! Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Bəradər,
    Zahir
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ