Sizin reklam burada
Sizin reklam burada
  • MCP sədri, deputat Razi Nurullayev Vasif Tağıyevlə görüşüb

    Miət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev rəhbərlik etdiyi partiyanın bir qrup heyəti ilə İrandakı səfirliyimizə hücum zamanı qəhrəmanlıq göstərən Vasif Tağıyevlə görüşüb.
    "Atributi fo.az" xəbər verir ki, Milli Cəbhə Partiyası – MCP sədri, deputat Razi Nurullayev bu haqda öz sosial şəbəkə hesabında yazıb:
    “Bu gün, İranda səfirliyimizi təkbaşına bir saat ərzində qoruyan və yalın əllə terrorçunu zərərsizləşdirən qəhrəmanımız Vasif Tağiyevi Milli Cəbhə Partiyası – MCP olaraq evində ziyarət etdik, ailə üzvlərini, övladlarını gördük, atası, qaynatası, qohumları ilə söhbət etdik.
    Televiziyada görmək və dinləmək başqa, canlı olaraq dinləmək və o həyacanı yaşamaq başqa. Vasif doğrudan da qəhrəmanlıq edib. Bir daha əmin olduq ki, məlum hadisə əvvəlcədən təşkil olunmuş terror aktıdır və İran rəhbərliyinin də xəbəri olub.
    Görüşdə dini məsələlər üzrə müavinim Tural İrfan, partiyanın hüquq şöbəsinin müdiri Vugar Dadaşov, partiyanın qadınlar şurasının sədr müavini Sədaqət Əliyeva da iştirak edib.
    Var ol vətən oğlu!”-Razi Nurullayev bildirib.

    Bəradər Səməndərli,
    Zahir Məmmədov
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ