Sizin reklam burada
Sizin reklam burada
  • Elşad Hacıyev: "Bəzi qüvvələr hüquq-mühafizə orqanlarının fəaliyyətini gözdən salmağa çalışırlar"

    "Bəzi qüvvələr hüquq-mühafizə orqanlarının fəaliyyətini gözdən salmağa çalışırlar".
    Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Baş Prokurorluğun Bərdədə “Heydər Əliyev və hüquqi dövlət quruculuğu” adlı keçirdiyi konfransda çıxışı zamanı deyib.
    "Ölkədə baş vermiş hər bir cinayətin araşdırmasında hüquq-mühafizə orqanlarının hər bir əməkdaşı, prokuroru, polisi, müstəntiqi və digərləri öz vəzifəsini tam yerinə yetirir. Bəzi qüvvələr isə yalan məlumatlar yayaraq, Azərbaycanda hüquq-mühafizə orqanlarının fəaliyyətini gözdən salmağa çalışır. Lakin biz vətəndaş qəbullarında da şahid oluruq ki, hüquq-mühafizə orqanlarından insanlar tam razıdırlar", - DİN rəsmisi vurğulayıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ