Ölkə başçısı cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğısının nəticəsi göz önündədir. Cənab Prezidentimiz qeyd etdiyi kimi, “Ölkəmizin inkişafı hər bir rayonun inkişafından asılıdır. Əgər hər bir bölgədə və hər bir kənddə bütün məsələlər öz həllini taparsa, onda ölkənin bütün məsələləri həll olunacaqdır.” Dövlət başçısının regionlara səfəri zamanı bölgələrin vəziyyəti ilə yaxından tanış olması və aparılan işlərə şəxsən nəzarət etməsi ölkə vətəndaşlarına olan diqqətin bariz nümunəsidir..
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev təyin olunan gündən ikinci Qarabağ müharibəsindən əvvəl və ikinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzində saxlanlır. Habelə şəhid ailələrinin və qazilərin sosial-təminatlarının yaxşılaşdırılması məqsədilə Göygöl rayonunda geniş işlər aparılır. O, ötən 4 ay ərzində Göygöl küçələrini, kəndlərini qarış-qarış gəzərək harda nə problem, çatışmazlıq varsa onları üzə çıxartdı, onların həlli üçün müvafiq qərarlar qəbul etdi və lazımi tapşırıqlar verdi. Qısa zaman kəsiyində rayonun şəhər və kəndlərində elə bir səliqə-sahman, abadlıq, təmizlik yarandı. İnsanı zamanın məhsulu sayırlar. Əslində isə zamanı insan yaradır. Zaman insanın məhsuludur. Ən pis zamanda belə yaxşı, bacarıqlı, səriştəli insan zamanı dəyişir. Cənab Elvin Paşayevin Göygöl Rayon İcra Hakimiyyəti başçısı təyin olunduqdan sonra rayonda həyat yeni bir axara düşdü. Hər kəsin ayrı-ayrılıqda problemləri dinlənilir, həlli istiqamətində aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verilir. İcra başçısı vətəndaşları tək qəbul edir.
Şəhər sakinləri ilə yanaşı Elvin Pashayev kənd sakinlərinin də problemlərini öyrənir. Kəndlərin birində olan görüşdə dediyi kimi: “Harda problem varsa, mən ordayam”. Daha kənd sakinlərinin onunla görüşmək üçün şəhərə gəlməsinə ehtiyac yoxdur. Çünki cənab başçı özü onlarla görüşə gedir. O, hər gün bir deyil, bir neçə kənddə olaraq camaatla görüşlər keçirir. Ağsaqqalından tutmuş azyaşlısına qədər hər kəsin yaşayış şəraiti ilə maraqlanır. Diqqət və qayğı göstərir. Elə bir mehribanlıqla, mərhəmətlə insanlara yanaşır ki, sanki onların ailə üzvlərindən biridir.

İlkin Məmmədov
Göygöl rayonu.
Eksklüziv olaraq "Atributinfo.az" üçün
