Şəhid Tacəddin İsmayılzadənin döyüş yolundan bəhs edən tematik gecə N.Nərimanov adına Mədəniyyət Mərkəzində baş tutub.
Tədbirdə İcra Hakimiyyətinin əməkdaşı Zaur Süleymanlı, “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri Ceyran Həsənova, şəhid ailələri, qazilər, mədəniyyət işçiləri iştirak ediblər.
Xalq artisti Gülyanaq Məmmədova, gənc müğənni Taleh Rəsulov, Ruslan Əkbərov musiqi nömrələri ilə, qiraətçilər İlham Həsənov, Əli Hüseynov, Gülnar Hüseynova isə şeirlərlə çıxış ediblər.
İlhamə Məhəmmədqızı
"Atributinfo.az"
