Sizin reklam burada
Sizin reklam burada
  • Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbir təşkil olunub

    Sumqayıt Mərkəzi Uşaq Kitabxanasında “Dostların kitab töhfəsi” adlı tədbir keçirilib.
    "Atributinfo.az" xəbər verir ki,
    14 fevral Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə keçirilən görüşdə 1 nömrəli tam orta məktəbin şagird və müəllim kollektivinin Məktəbli-Kitab MMC-nin təsisçisi və direktoru Akif Şahbazovla görüşü keçirilib. Tədbir boyu şagirdlər kitab haqqında şeirlər söyləyib, Akif Şahbazovun təhsil, mütaliə haqqındakı aforizmlərindən sitatlar gətiriblər.
    Görüşdə iştirak edən şair və yazar qonaqlar tədbirdəki fəallıqları ilə seçilən məktəblilərə öz kitablarından hədiyyə ediblər.

    İlhamə Məhəmmədqızı
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ