Sizin reklam burada
Sizin reklam burada
  • Saatlıdan Türkiyədəki qardaşlarimiza humanitar yardım

    "Atributinfo.az" təqdim edir:

    -Əziz Türkiyə, səninləyik!
    Bu gün qardaş Türkiyəyə Saatlı rayonu adından humanitar yardım göndərdik. Ilkin olaraq qeyd edim ki, yardım qutularımız həm böyüklər, həm də uşaqlar üçün yeni isti geyimlər, yorğan, ayaqqabı, tibbi ləvazimatlar, quru ərzaq payi, generator, uşaq üçün bezlər
    və digər humanitar yardım əşyalarından ibarət oldu.
    Ümid edirik yardımlarımız az da olsa, yaralarını sarımağa kömək olacaq.
    Zəlzələ nəticəsində instagram @saatli_rayon və Saatli rayon sakinləri adindan həyatını itirən insanların yaxınlarına dərin hüznlə baş sağlığı verir, yaralananların tezliklə sağalmasını, dağıntılar altında qalanların yaxın zamanda xilas olmasını diləyirik. Sən nələrdən keçmədin ki, bu da keçəcək, can Türkiyəm!
    Hər zaman başda Şəhid ailələri olmaqla ALLAH cəmi Şəhidlərimizin Şəhadətini mübarək eləsin. Şəhid ailələrindən də dəstək gəldi.
    Qeyd Cenab başçi Elmir Bağırova öz dərin minnətdarlığımı bildirirəm ki, bu aksiyada sona kimi yanımızda oldu dəstəyini əsirgəmədi. Başçı biz gənclərin daima yanındadır. Var olasun!
    Sevda Behlulzadə həm öz gözəllik salonunu yardımın hazırlanmasında çeşidlənməsində kollektivi ilə birlikdə daima sona kimi dəstək oldu. Əziyyətiniz danılmazdır Sevda xanım, halal edin.
    FHN Saatli DYMX rəisi Ramin Həsənov başda olmaqla, bütün kollektivinə öz təşəkkürümüzü bildiririk.
    Sağ olasunlar, həm maddi, həm də mənəvi cəhətdən yanımızda olduqları üçun.
    Aida İbrahimova çox sağ olun . Hər zaman yanımdasız. Var olasız.
    Özü Saatlıda olmasa da, amma daima rayon üçün ürəyi döyünən və hər zaman mediada və rayonun aidiyyatı dövlət orqanları ilə birlikdə mənə dəstək olan Zahir Məmmədova minnətdarlığımı bildirirəm.
    Gənclər və idman idarəsinin müdürü Qiyasov Elcin, minnətdarlığımı bildirirəm, bizə dəstək olduğunuz üçün. Var olasınız.
    Səmədağa Məmmədov Gənclər Mərkəzinin müdiri vəzifəsini icra edir. Mudir olmasa da ora layiq rəhbər şəxslərdən biridir.
    Saatli Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin kollektivinə və şəxsən Nicat Mütəllimov, Sizə dərin minnətdarlığımı bildirirəm.
    Doğma əmim kimi şəxsiyyətinə hörmət bəslədiyim Teyyub Həsənov, inşəAllah tez sağalarsız. Daima yanımızda olduğunuz üçün minnətdaram.
    Azərbaycan Qızıl Aypara Cəmiyyəti Saatlı Bölməsinin sədri, yardımsevər insan Fizuli Cəfərov və kollektivinə təşəkkür edirəm .
    Qəşəm əminin övladlari Yusif Rəmzi Aslanlı, hər zaman həyata keçirdiyim aksiyalarda, yardımlarda ilk dəstək olan yaşı az, amma qəlbi böyük balaca qardaşlarım.
    Facebook hesabın tapa bilmədim; Mollavaizli Bələdiyyəsi, Saatlının bütün kəndlərində sizin kimi bələdiyyə sədri olsa, vallah problemin nə olduğun Saatlımız bilməz. Əhsən sizə, halal olsun.
    Təqdimata ehtiyac yoxdur. Günay müəllim (xanım) hər zaman bizə dəstəkdir. Günay Sultanovanın simasında bütün təhsil işçilərinə, müəllimlərə, təbii şagirdlər ilə birlikdə öz dərin minnətdarlığımı bildirirəm.
    Saatli rayon sakini Ağazadə Daşqın əmi, Qazilərimiz Kamal və Salman bəyə təşəkkür edirik.
    Saatli rayon Nizami küçəsində yaşayan Hüseynov Təyyar əmi çox sağ olun.
    Saatli rayon Qaranur kəndində bağça müdrəsi var, adını gizli saxladı. Amma qeyd etməsəm, rahat olmaram. Var olun.
    Çox sağ olun Orxan Qiyasov. Hər zaman hər yardım aksiyasında yanımızda olduğunuz üçün. Hər şey üçün var olasız.
    Keçək əsas məsələyə.
    İstər karantində, istər müharibə ərəfəsində və s. daima yanımda olan rayonumuzun kasıb, mərd və qürurlu sakinləri. Hər bir izləycimin qarşısında baş əyirəm. Yaxşı ki, varsınız, sizsiz mən də olmaram. Mənə güvəniniz və inamınız üçün çox-çox minnətdaram. Yaxşı ki, varsız. Sağ olun.
    Və sonda mənim kimi övlad dünyaya gətirdiyi üçün anama təşəkkürümü bildirirəm.
    #geçmişolsuntürkiye #deprem #türkiye #afad #haber #afaddeprem #türkiye #magazin #yardım #dikkat #hatay #kahramanmaraş #adıyaman #amasya #afet #Türkiyə #birmilletikidevlet #prayforturkey #zəlzələ

    Saatlı rayonu gənc fəal Akbar Mammadli
    eksklüziv olaraq "Atributinfo.az" üçün.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ