Sizin reklam burada
Sizin reklam burada
  • Deputatdan növbəti səyyar görüş

    Ötən gün növbəti səyyar-görüşdə Şirvan şəhər İH başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov şəhərin digər mə'sul şəxsləri ilə birlikdə Şirvan Peşə Litseyində olmuş, peşə təhsili ilə bağlı təhsil ocağındakı işlərlə tanış olmuşlar.
    Səyyar görüşlə bağlı "Atributinfo.az"-a açıqlama verən Milli Məclisin deputatı İ.Yusifov demişdir:
    -"Xatırladım ki, 2 il bundan əvvəl Şirvan Peşə Litseyi böyük çətinliklərlə üzləşmişdi, problemləri var idi. Kollektiv olaraq mənə müraciət də olunmuşdur. Məsələni müvafiq qurumlar qarşısında qaldırdım və məsələyə adekvat cavab verildi, məsələlər tam həllini tapdı. Buna görə aidiyyatı qurumlara təşəkkürümü də bildirmişəm.
    Bu günkü mənzərə isə çox ürəkaçan idi. Peşə Litseyindəki işlər, izdiham, canlanma, cavanlarımızın sənət öyrənməyə həvəs və münasibəti məni heyran etdi. Baxdıq, maraqlandıq, Peşə Litseyi ilə bağlı perspektivlərdən danışdıq, peşə təhsili ilə bağlı Şirvan üçün müəyyən məsələlərin aidiyyatı qurumlarla müzakirə edəcəyimi də bildirdim."-deputat dedi. O,
    qəbula gələn insanları da dinlədiklərini, qaldırılan məsələləri həllini tapması üçün qeydiyyata götürdüklərini bildirdi.

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ