Hazırda ölkəmizin işğaldan azad edilmş ərazilərində vəziyyət yaxşılığa doğru dəyişməyə başlayıb. Vaxtilə ermənilər tərəfindən törədilən dağıntılar tədricən aradan qaldırılır. 1994-cü ildə işğaldan azad olunan Alxanlı kəndində yanmış, dağıdılmış evlərin 70 faizi bərpa olunmuşdur. Demək olar ki, bu kənd Füzuli rayonunun ilk bərpa olunan kəndidir. Bu kənddə işıq, qaz, su xətləri bərpa edilmişdir.Bu yaxınlarda "Azersel"in kənddə ötürücü qurğusu işə salınmışdır.